Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Qarabağ göylərindən cənnətə yol salanlar

Qarabağ göylərindən cənnətə yol salanlar

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Azərbaycan tarixində əbədi iz buraxan günlərdən biri 27 Sentyabr Anım Günü, Vətən müharibəsinin başlandığı gün kimi tarixə həkk olunmuşdur. Xalqımız 30 il boyu yurd həsrəti ilə yaşadı. Amma ümid heç vaxt sönmədi. 44 gün davam edən Vətən müharibəsi zamanı xalqımız həmrəyliyini, ordumuz isə gücünü, peşəkarlığını və vətənə bağlılığını bütün dünyaya göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Qarabağda Azərbaycan ədaləti bərpa olundu. Vətən müharibəsində yalnız əsgərlər döyüşmədi. Bütün xalq bir yumruq kimi birləşdi, gənclər cəbhəyə yazıldı, insanlar könüllü yardım topladı, analar, atalar oğullarını Vətənə əmanət etdi. Həm səngərdə, həm də ürəklərdə vuruşduq deyə bilərik.
Bu birlik Zəfərin əsası oldu. Lakin bu qələbə bizə asan başa gəlmədi. Minlərlə igid Vətən övladı bu yolda canından keçdi, şəhidlik zirvəsinə ucaldı. Onlar bu torpaqlar uğrunda, Azərbaycanın bütövlüyü uğrunda ən uca amal üçün, Vətən naminə canlarını qurban verdilər. Öz qanları ilə tarix yazdılar. Azərbaycanı qalib dövlətə çevirdilər. 27 Sentyabr Anım Günü xalqımızın başı dik, amma qəlbi kədərli olduğu bir gündür.
Biz şəhid analarının qarşısında baş əyirik. Onların dərdinə ortaq olmaq, onları tək buraxmamaq hər birimizin Vətən borcudur.
Bu analar övladlarını Vətənə əmanət etdilər. Onlar oğullarını torpağa deyil, tarixə yazdılar. Bu gün biz torpaqda azad gəziriksə, bu, məhz o anaların göz yaşları, səbir və qürur dolu duaları sayəsindədir.
Şəhid anası olmaq, bir ömrü oğul həsrəti ilə yaşamaq deməkdir. Amma bu həsrətin içində elə bir ucalıq var ki, heç bir zirvə ilə müqayisə olunmaz. Onların qəlbində daşıdığı həm ağrı, həm qürur, həm də müqəddəs bir sükut bizi həmişə ayıq və məsuliyyətli olmağa çağırır.
Biz bu müqəddəs anaların acısını bölüşmək, onlara yalnız matəm günlərində deyil, hər zaman yaxın olmaqla borcumuzu yerinə yetirə bilərik. Çünki şəhid təkcə bir ailənin deyil, bütöv bir xalqın övladıdır.
Unutmayaq: şəhidlər ölməz, şəhid anaları isə bizim əyilməyən baş tacımızdır.
Qarabağın göylərindən Cənnətə yol salanlar, ruhunuz şad olsun. Sizin canınız və qanınız bahasına bu Vətən bütöv oldu. Azərbaycan kimi müqəddəs və əbədisiniz. Ruhunuz qarşısında baş əyirik.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Sentyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see398

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see349

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see293

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see260

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see259

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see254

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see247

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see240

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see224

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see220

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see215

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see204

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see194

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see194

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see193

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see183

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see181

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see175

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see169

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri