Icma.az
close
up
RU
“Qarabağ” Çempionlar Liqasının BİR ADDIMLIĞINDA Komandamız son sınaqdan üzüağ ÇIXA BİLƏCƏK?

“Qarabağ” Çempionlar Liqasının BİR ADDIMLIĞINDA Komandamız son sınaqdan üzüağ ÇIXA BİLƏCƏK?

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarabağ” növbəti tarixi oyun ərəfəsindədir. Ağdam təmsilçisi Çempionlar Liqasının play-off mərhələsinin cavab oyununda öz meydanında Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri ilk qarşılaşmada səfərdə rəqibi üzərində 3-1 hesablı inamlı qələbə qazanmışdı. Məhz bu qələbəyə görə çoxları artıq “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin etdiyini düşünür. Ancaq komandamız hələ ki, işin yarısını görüb.
Bakıdakı oyun ilk qarşılaşmadan da çətin olacaq.
Elə Bizim.Media-ya açıqlama verən futbol eksperti Ceyhun Sultanov da belə düşünür:
“Oyun haqqında çox da danışmaq olmur. Çünki 3-1 hesabı samballı olsa da, təkrar qarşılaşma üçün rahatlanmağa əsas vermir. Bu nə ilk mərhələdi, nə də “Ferentsvaroş” sıradan bir rəqib. “Qarabağ”ı Bakıda daha çətin sınaq gözləyir.
Komanda gərək əlinə düşən imkanlardan lazımınca istifadə etsin. Yoxsa çətinliklə qarşılaşa bilər. Bu mərhələdə zəif rəqib olmur və “Qarabağ” da yəqin görüşə çox ciddi hazırlaşıb. Komandamıza inam böyükdür. Fikrimcə, “Qarabağ” rəqibini keçəcək. Amma bunun üçün ilk növbədə çox diqqətli oynamalı və rəqibə şans verməməliyik. Öz imkanlarımızdan da istifadə etməliyik. Bunlar olarsa, “Ferentsvaroş” “Qarabağ”a qarşı heç nə edə bilməyəcək”.
Milli komandamızın keçmiş üzvü Mahmud Qurbanov da “Ferentsvaroş”un Bakıdaya iddialı gəldiyini və bu səbəbdən oyunun çox çətin keçəcəyini düşünür:
“İlk oyundan sonra Macarıstan klubunun futbolçuları və məşqçilərinin iddialı açıqlamaları onu göstərir ki, oyun çox çətin keçəcək və aqressiv futbol izləyəcəyik. Hətta ciddi kobudluqlar da ola bilər. Yəni asan oyun olmayacaq. Düzdür, 3-1 hesablı qələbədən sonra “Qarabağ” Çempionlar Liqasının bir addımlığındadır.
Düşünürəm ki, komanda səfərdə olduğu kimi yenə də soyuqqanlı oynayacaq. Həm topa, həm də meydançaya nəzarəti əlində saxlayacaq. “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə düşmək üçün gücü və əzmi var. Bunu komandanın oyunu və ilk görüşdəki də qələbəsi də sübut edir”.
Milli komandamızın keçmiş baş məşqçisi Arif Əsədov isə hesab edir ki, “Qarabağ” mərhələnin favoriti olsa da, rəqibə aşağıdan yuxarı baxmamalıdır:
 

“İlk oyunda sonra “Qarabağ” çox yaxşı nəticə əldə edib. Ancaq rəqibə qarşı saymamazlıq etmək olmaz. Çünki “Ferentsvaroş” Macarıstandakı qarşılaşmanın ilk hissəsindəki oyunu ilə göstərdi ki, ciddi rəqibdir.


Amma “Qarabağ” oyun baxımından təbii ki, rəqibdən üstündür. Sadəcə olaraq bu oyuna ilk dəqiqələrdən ciddi yanaşmaq və ölkəmizi növbəti dəfə Çempionlar Liqasında təmsil etmək çox vacibdir. Uğurlar arzulayıram və hesab edirəm ki, “Qarabağ” öz ənənəvi oyununu göstərib və azarkeş dəstəyindən də istifadə edərək istədiyi nəticəni qazanacaq”.
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Avqust 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see248

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see201

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see160

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see141

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see139

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see136

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see134

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see130

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see129

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see129

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see127

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see125

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see124

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see122

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see119

Axios: Tramp məsləhətçilərinə Maduro ilə şəxsən danışmaq istədiyini deyi

25 Noyabr 2025 04:00see118

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri