Rusiya XİN Moldova səfirinə etirazını bildirib
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Moldovanın Rusiyadakı səfiri Lilian Darii Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Moderator.az Rusiya XİN-in bəyanatına istinadən xəbər verir ki, Moldova ərazisində partlayıcı maddəsi olan pilotsuz uçuş aparatının (PUA) qalıqlarının tapılmasına görə oktyabrın 23-də Moldova hakimiyyəti tərəfindən Rusiyanın Kişineudakı səfirliyinin əməkdaşının "persona non-qrata" elan edilməsi ilə əlaqədar ona qəti etiraz bildirilib.
"Sözügedən PUA-nın Rusiya mənşəli olduğuna dair sübutların olmaması, Moldovanın növbəti qeyri-dost addımına çevrilən müvafiq qərarın uydurma xarakter daşıdığını göstərir", - qurumun bəyanatında qeyd olunub.
Moldova səfirinə Rusiya XİN-in notası təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 10 Noyabr 2026 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















