Icma.az
close
up
RU
“Qarabağ” da “Sabah”ı dayandıra bilmədi!

“Qarabağ” da “Sabah”ı dayandıra bilmədi!

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qarabağ (Ağdam) – Sabah (Bakı) 3:3 (0:1)
99. Mateuş Koxalski – 5,5
44. Elvin Cəfərquliyev – 5,5
(27. Toral Bayramov, 76) – 5,0
10. Abdulla Zubir (k) – 6,0
(11. Emmanuel Addai, 79) – qiymətsiz
81. Kevin Medina – 5,5
8. Marko Yankoviç – 5,5
(15. Leandro Andrade, 62) – 5,0
2. Mateus Silva – 5,5
9. Xoni Montiel – 5,5
18. Dani Bolt – 5,5
21. Aleksey Kaşuk – 5,5
(22. Musa Qurbanlı, 62) – 6,0
35. Pedro Bikalyo – 6,5
17. Kamilo Duran – 5,5
Ehtiyat oyunçular
97. Fabian Buntiç
89. Amin Ramazanov
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
77. Ramil Şeydayev
32. Hikmət Cəbrayılzadə
6. Kris Kuaku
24. Ceremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Pedro Bikalyo
92. Stas Pokatilov (k) – 5,5
10. Aleksey İsayev – 5,5
(6. Abdulla Xaybullayev, 79) – qiymətsiz
9. Xəyal Əliyev – 6,5
(20. Coy-Lens Mikels, 46) – 6,5
21. Velko Simiç – 6,0
40. İqor Noqeyra – 5,5
80. Akim Zedadka – 5,5
3. Stiv Solvet – 5,5
27. Timoteuş Puxaç – 5,5
13. İvan Lepinitsa – 5,5
7. Umarali Raxmonaliyev – 5,5
19. Aron Maluda – 7,0
(11. Kahim Parris, 79) – qiymətsiz
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
12. Rauf Əyyubov
17. Tellur Mütəllimov
2. Amin Seydiyev
5. Rəhman Daşdəmirov
70. Cesse Sekidika
22. Zinedin Uld Xaled
53. Andrey Santos
83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas
Komandanın ən yaxşısı: Aaron Maluda
Qollar: X.Əliyev, 13 (0:1). A.Maluda, 54 (0:2, V.Simiç). C-L.Mikels, 61 (0:3, A.Maluda). P.Bikalyo, 73 (1:3). K.Medina, 79 (2:3, A.Zubir). M.Qurbanlı, 84 (3:3, K.Duran).
Vərəqələr: K.Medina, 2 (qeyri-idman hərəkəti). İ.Noqeyra, 23 (qeyri-idman hərəkəti). S.Solvet, 31 (qeyri-idman hərəkəti). M.Silva, 82 (hakimin qərarına etiraz). M.Qurbanlı, oyundan sonra (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Elçin Məsiyev (Bakı).
VAR hakiminin köməkçisi: Müslüm Əliyev (Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Emin Cəfərov (Bakı).
1 mart. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 10361 tamaşaçı (31200 yerlik).
Yalnız ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 9,0.
İntriqa, dram… Bu oyunda çempionluğa iddialı komandaların amansız mübarizəsi, qol yağışı, kobud müdaxilələr və həmin anların nəticəsi kimi üzə çıxan zədələr, azarkeşlər, dava-dalaş və daha nələr-nələr var idi. Təbii ki, meydan sahiblərinin hədəfi xal fərqini 4-ə endirmək, qonaqların məqsədi isə 10-a çatdırmaq idi. Düzdü, “bayquşlar” üçün “sülh” də sərfəli nəticə idi. Lakin hər iki komandanın hücumameyilli tərzdə çıxışı baxımlı və məhsuldar oyun vəd edirdi.

Oyunun axarına gəlincə, ilk qol özünü çox gözlətmədi. Əvvəl Bolt, ardınca Solvet fürsəti boşa versə də, 13-cü dəqiqədə Xəyal lideri önə çıxardı. Əslində həmin epizodda Aleksey də fərqlənə bilərdi. Koxalski onun zərbəsini zərərsizləşdirdi, belədə meydanda qalan topu “çərçivə”dən keçirmək Xəyalın payına düşdü. Təbii ki, hesabı bərabərləşdirməyə çalışan “Qarabağ” dərhal ardıcıl hücumlar gerçəkləşdirdi. Ancaq nə Elvin, nə də Montiel dəqiq oynadı. Puxaçın cərimə meydançasına göndərdiyi topu tora qovuşdurmağa çalışan Simiç də uğursuzluğa düçar oldu. Serbiyalı Bolt və Silvanın təzyiqi fonunda Koxalskiylə təkbətək mübarizədən məğlub ayrıldı. 41-ci dəqiqədə də Duran da oxşar bəxtsizliklə üzləşdi. Cərimə meydançasında Solvetlə Lepinitsanı bir göz qırpımında aldadan kolumbiyalı həlledici məqamda Pokatilovla bacarmadı. “Qarabağ”ın “qol silahı” komandanın fasiləyə bərabərliklə yollanması üçün yaranan imkandan da faydalana bilmədi: “bayquşlar”ın qapıçısı bu dəfə də iş başında idi.
“Sabah” ikinci yarıya da qolla başladı. Fərqi 54-cü dəqiqədə Simiçin uzun ötürməsini bir qədər öndə qəbul edən Maluda artırdı. Sol cinahda təkbaşına xeyli məsafə qət edən fransalı cərimə meydançasına girər-girməz topu tora qovuşdurdu. Təbii ki, bu hesab “Qarabağ”ı qane edə bilməzdi. Belədə ağdamlıların təzyiqi artıracağını düşünsək də, “Sabah” 61-ci dəqiqədə onları şoka saldı: bu dəfə Maludanın uzun ötürməsini qarşılayan Mikels Medinanın təzyiqinə rəğmən, cərimə meydançasının qövsünün həndəvərindən endirdiyi zərbə ilə fərqi darmadağın həddinə çatdırdı. Çempion sanki məhz bu qoldan sonra ayıldısa, “Sabah” “yuxuya getdi”. Meydan sahibləri 73-cü dəqiqədə üçüncü cəhddə – həmin epizodda Andradeylə Duranın zərbələri boşa çıxdı, Bikalyo isə adını tabloya yazdırmağı bacardı – fərqi azaltdı. “Kəfəni cıran” çempion 78-ci dəqiqədə növbəti qolu vurdu: Medina Zubirin künc zərbəsindən göndərdiyi topu başla “çərçivə”dən keçirdi. Hələ bu harasıdı?! Özünü tam itirən qonaqlar hesabın bərabərləşməsinə də mane ola bilmədi. “Qarabağ”ın üçüncü qoluna 84-cü dəqiqədə Duranın cərimə meydançasına ötürdüyü topu başla tora qovuşduran Musa imza atdı.
Ağdamlıların qələbə qolu üçün də imkanı var idi. Ancaq həlledici məqamda məsuliyyəti üzərinə götürən Duran qeyri-dəqiq oynadı. Addainin 90+3-cü dəqiqəyə təsadüf edən zərbəsi isə Pokatilovun müdaxiləsinə tuş gəldi. Çox keçmədən Mikelsin qırmızı vərəqə aldığını görsək də, epzidou VAR-da incələyən Tural Qurbanov qərarını dəyişdi. Ədalət təmsilçisi almaniyalının Silvanın üzünə zərbə endirdiyini düşünsə də, sonradan əlin çiyinə toxunduğu üzə çıxdı.
Hər halda, “Qarabağ” “Sabah”la bacarmadı. Belədə “köhlən atlar”la “bayquşlar” arasındakı 7 xal fərqi dəyişmədi. Heç şübhəsiz, 3 top fərqini əldən verən Masazır təmsilçisi yalnız bu məqamla təsəlli tapa bilər. Ağdamlıların isə taleyi artıq öz əlində deyil. Qurban Qurbanov və komandası nəinki xal itirməməli, həm də liderin büdrəməsinə ümid etməlidi. Bizi çox gərgin 3-cü dövrə gözləyir!
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Mart 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri