Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Qarabağ dirçəlir: Qırmızı Bazar sakinlərinin sevincli günləri başlayıb FOTO

Qarabağ dirçəlir: Qırmızı Bazar sakinlərinin sevincli günləri başlayıb FOTO

Icma.az, Azertag saytına istinadən bildirir.

Xocavənd, 17 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Qarabağın dilbər guşələrindən olan Xocavəndin Qırmızı Bazar qəsəbəsi uzun illərin həsrətindən sonra yenidən canlanır. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində nəzarətimizə keçən tarixi yurd yerimizdə həyat yenidən qaynayır. Prezident İlham Əliyev sentyabrın 14-də Qırmızı Bazar qəsəbəsində olub, görülən işlərlə maraqlanıb, qəsəbəyə köçmüş İslam Dadaşovun ailəsinə baş çəkib.

AZƏRTAC-ın bölgə müxbiri qəsəbəyə yollanaraq İslam Dadaşovla görüşüb, bu görüşün təəssüratlarını onun dilindən qələmə alıb.

Qəsəbəyə daxil olanda diqqəti çəkən ilk məqam elektrik dirəkləri, yeni çəkilmiş qaz xətləri və bərpa edilən su anbarlarıdır. Bir vaxtlar viranə qalmış küçələr, evlər indi abadlaşır. İlk köç karvanı ilə 10 ailə olmaqla, 39 nəfər doğma yurduna qayıdıb. Onların arasında İslam Dadaşovun ailəsi də var. Prezident İlham Əliyevin qəsəbəyə səfəri zamanı onların evinə baş çəkməsi ailənin sevincini daha da artırıb.

Qırmızı Bazar qəsəbə sakini İslam Dadaşov bildirir ki, illərin həsrəti artıq sona çatıb. “33 il idi məcburi köçkün kimi Mingəçevirdə məskunlaşmışdıq. Amma inanırdıq ki, yenidən öz doğma torpağımıza qovuşacağıq. İndi həmin arzularımız gerçək olub və Qırmızı Bazarda məskunlaşmışıq. Belə bir sevincli günümüzdə Prezident İlham Əliyevin Qarabağa səfəri və bizimlə görüşü tarixi bir günə çevrildi. Ailəmizə qonaq olan dövlətimizin başçısı ilə görüş yaddaşımızda hər zaman unudulmaz bir gün kimi qalacaq. Qəsəbəyə gəldikdə, çox yüksək şərait yaradılıb. Evlərimiz əladır, həyətlərimiz abadlaşdırılıb, qaz, işıq, su daimidir. Prezidentimizə təşəkkür edirik, onun dəmir yumruğu hər zaman möhkəm olsun. İndi xoşbəxt günlərimiz yenidən başlayır, əzəli torpağımızda yenidən məskunlaşmaq əvəzsiz bir duyğudur”.

Söhbət zamanı məlum olur ki, İslam Dadaşovun iki övladı Vətən uğrunda şəhid olub. Deyir ki, indi bütün şəhidlərimizin ruhu şaddır, çünki onların sayəsində azad olunan torpaqlara həyat yenidən qayıdıb.

Qeyd edək ki, Qırmızı Bazarda evlər bərpa olunur, 11 kilometrdən çox qaz xətti çəkilib, iki transformator quraşdırılıb, üç su anbarı təmir edilib. Artıq 10 ev istifadəyə hazırdır. 2025-ci ilin sonunadək 217 evin, 2026-cı ildə isə qalan 12 evin bərpası nəzərdə tutulub. Hər yeni işıq dirəyi, hər çəkilən qaz xətti, hər təmir olunan ev gələcəyə inamın, Qarabağın dirçəlişinin simvoludur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see230

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see223

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see172

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see170

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see157

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri