Icma.az
close
up
RU
Şuşakənd, Xanyurdu, Qırmızı Bazar, Məmmədbəyli...

Şuşakənd, Xanyurdu, Qırmızı Bazar, Məmmədbəyli...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu kəndlərə köç karvanı yola salındı

Vətən Müharibəsində qazandığımız qələbə yalnız döyüş meydanında deyil, həm də məcburi köçkünlərimizin yurdlarına geri dönüşü üçün yeni bir dövrün başlanğıcını qoydu. Onlar bir zamanlar məcbur qalıb tərk etdiyi torpaqlarına qayıdırlar. Demək olar ki, hər gün köç karvanları yola salınır. Bu, müharibədən sonrakı bərpa prosesinin sadəcə bir başlanğıcıdır. Qarşıda uzun bir yol, həyata keçiriləcək möhtəşəm layihələr var. Ancaq hər bir addım Azərbaycanın bütövlüyü və ərazi vahidliyinin qorunması üçün atılan mühüm bir addımdır. Bu baxımdan köç karvanlarının yola salınması yeni gələcəyimizi formalaşdırır.

Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Xocalı, Xocavənd və Zəngilan rayonları 30 ildən artıq bir müddətdə işğal altında olub. Lakin son bir neçə ildir ki, işğaldan azad edilmiş digər rayonlarımız kimi böyük və müsbət dəyişiklərə məruz qalıb. Bu rayonlar tarixi və mədəni irsimizin önəmli bir parçası olmaqla yanaşı, həm də keçmiş məcburi köçkünlərin acı taleyinin simvoluna çevrilib.

Üç kənd, bir qəsəbə...

Dünən Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç karvanı yola salınıb. Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə (83 nəfər), Xanyurdu kəndinə 12 ailə (50 nəfər), Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə (169 nəfər), Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə (147 nəfər) köçürülüb.

Xocalı rayonunun Şuşakənd kəndinə, cəmi - 20 ailə (83 nəfər), o cümlədən:

Bakı şəhərindən - 7 ailə (23 nəfər);

Abşeron rayonundan - 5 ailə (20 nəfər);

İsmayıllı rayonundan - 3 ailə (13 nəfər);

Ağsu rayonundan - 2 ailə (13 nəfər);

Ucar rayonundan - 1 ailə (7 nəfər);

Gəncə şəhərindən - 1 ailə (5 nəfər);

Ağdaş rayonundan - 1 ailə (2 nəfər).

- cəmi 113 ailə (424 nəfər) köçürülüb.

Xocalı rayonunun Xanyurdu kəndinə, cəmi - 12 ailə (50 nəfər), o cümlədən:

Goranboy rayonundan - 3 ailə (14 nəfər);

Bakı şəhərindən - 3 ailə (9 nəfər);

Gəncə şəhərindən - 2 ailə (10 nəfər);

Bərdə rayonundan - 2 ailə (7 nəfər);

Abşeron rayonundan - 1 ailə (6 nəfər);

Oğuz rayonundan - 1 ailə (4 nəfər).

Cəmi 123 ailə (431 nəfər) köçürülüb.

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə, cəmi - 37 ailə (169 nəfər), o cümlədən:

Beyləqan rayonundan - 19 ailə (89 nəfər);

Bakı şəhərindən - 14 ailə (64 nəfər);

Füzuli rayonundan - 3 ailə (11 nəfər);

Abşeron rayonundan - 1 ailə (5 nəfər).

Cəmi 122 ailə (513 nəfər) köçürülüb.

Zəngilan rayonunun Məmmədbəyli kəndinə, cəmi - 29 ailə (147 nəfər), o cümlədən:

Bakı şəhərindən - 20 ailə (105 nəfər);

Abşeron rayonundan - 7 ailə (36 nəfər);

Sumqayıt şəhərindən - 2 ailə (6 nəfər).

Cəmi 132 ailə (653 nəfər) köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Ümid yolu: Yeni həyat, yeni üfüqlər...

İllərdir ki, başqa şəhər və rayonlarda məskunlaşan, öz evlərindən didərgin düşən insanlar, bir gün həmin torpaqlara qayıdacaqlarını bilirdilər. Keçmiş məcburi köçkünlər iki hissi - sevinc və həyəcanı birlikdə yaşayır. Sevinclərinin, həyəcanlarının həddi-hüdudu yoxdur. Xalqımız heç zaman ümidini itirməmişdi. Bir zamanlar dağılan ailələr bir araya gəlir, köhnə xatirələr canlanır və yeni həyatlar qurulur, yeni üfüqlər açılır. Bütün bunlar, Azərbaycanın gücünü, xalqın sarsılmaz iradəsini və mübarizəsini bir daha təsdiq etmiş oldu.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:338
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Dekabr 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri