“Qarabağ” Gənclər Liqası üçün iki futbolçu transfer etdi
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ” klubunun U-19 komandası UEFA Gənclər Liqasının oyunları üçün heyətinə iki nigeriyalı futbolçu cəlb edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Futbol Akademiyasının meneceri Nail Kərimov “Report”a açıqlamasında deyib.
O, sözügedən ölkənin “Beyond Limit” akademiyasından iki oyunçunu transfer etdiklərini söyləyib:
“Həmin klubla münasibətlərimiz var idi. Müraciət etdik və oyunçularını bizə yönləndirdilər. Onlar vinger Muyideen Olude və hücumçu Toheeb Abiodundur. Hər ikisi viza məsələsi həll edilmədiyi üçün ilk matçı buraxacaq”.
Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının I turunda Portuqaliya təmsilçisi “Benfika”nın qonağı olacaq. Qarşılaşma sentyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 11 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















