Icma.az
close
up
RU
Qarabağ ın bir addımlığında olduğu ÇL in Liqa mərhələsi Orada hansı nəhənglər var?

Qarabağ ın bir addımlığında olduğu ÇL in Liqa mərhələsi Orada hansı nəhənglər var?

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan çempionu "Qarabağ" tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsində (keçmiş adı və formatı qrup mərhələsi) oynamağa yaxındır. 

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi artıq ÇL-in pley-off mərhələsinə vəsiqə qazanıb. Orada "Kəhər atlar" Macarıstanın ən köklü komandalarından "yaşıl qartallar" deyə də çağırılan Budapeşt "Ferensvaroş"u ilə qarşılaşacaq. 126 yaşlı bu klub 36 dəfə ölkəsinin çempionu olub. Komandalar arasında ilk görüş avqustun 19-da Budapeştdə, cavab oyunu avqustun 27-si Bakıda keçiriləcək.

Xatırladaq ki, "Qarabağ" “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.

"Qarabağ" ÇL-in qrup mərhələsində ilk və hələlik sonuncu dəfə 2017-18 mövsümündə çıxış edib. Daha sonra komanda 2 dəfə (2022 və 2024-cü illərdə) ÇL-də əsas mərhələyə düşməyə yaxın olsa da, müvafiq olaraq "Viktoriya" (Çexiya) və "Dinamo"ya (Zaqreb, Xorvatiya) uduzaraq pley-off-da mübarizəni dayandırıb.

"Atletiko" - "Qarabağ" matçından (1:1) bir an... Miçel Madriddə hesabı açır

ÇL-in Liqa mərhələsində kimlər var: PSJ, "Barselona", "Liverpul"...

2025/26 mövsümü Çempionlar Liqasının Liqa mərhələsi 36 komandanın iştirakı ilə keçiriləcək. Maraqlıdır ki, yarışın finalı "Ferensvaroş"un ev oyunlarını keçirdiyi "Ferens Puşkaş" adına stadionda olacaq (30 may, 2026-cı il).

Hər komanda Liqa mərhələsində 8 fərqli rəqiblə bir matç keçirəcək (4-ü evdə, 4-ü səfərdə). Yekunda 1-8-ci yeri tutanlar 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə (şərti olaraq 1/16 final) vəsiqə qazanacaq. Bu cütün qalibləri 1/8-i təmin etmiş 8 komandaya rəqib olacaqlar.

Qeyd edək ki, 2024/25 mövsümü yekunlaşandan sonra artıq 29 komanda ÇL-in əsas mərhələsində iştirak etmək hüququ qazanıb. Daha yeddi iştirakçı isə avqustda başa çatacaq pley-off raundundan sonra Liqa mərhələsinə vəsiqə əldə edəcək. Yarışda ən çox iştirakçı (6 komanda) ilə İngiltərə Premyer Liqasının təmsil olunacaq.

Bəs, "Qarabağ" - "Ferensvaroş" cütünün qalibini ÇL-in liqa mərhələsində hansı nəhəng komandalar gözləyir?

Gəlin, bu adlarla tanış tanış olaq:

İngiltərə

"Liverpul"
"Arsenal"
"Mançester Siti"
"Nyukasl"
"Tottenhem"
"Çelsi"

İtaliya

"Napoli"
"İnter"
"Atalanta" 
"Yuventus"

İspaniya

"Barselona"
"Real" (Madrid)
"Atletik"
"Atletiko" 
"Vilyareal"

Almaniya

"Bavariya"
"Bayer"
"Borussiya" (Dortmund)
"Ayntraxt" 

Fransa

PSJ
"Olimpik"
"Monako"

Niderland

"Ayaks" 
PSV

Portuqaliya

"Sportinq"

Belçika

"Yunion"

Türkiyə

"Qalatasaray"

Çexiya

"Slaviya" (Praqa)

Yunanıstan

"Olimpiakos"

Həmçinin pley-off mərhələsində aşağıda qeyd edilən 7 cütün qalibi olacaq komandalar:

"Ferensvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan)

"Srvena Zvezda" (Serbiya) - "Pafos" (Kipr)

"Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika)

"Budo/Qlimt" (Norveç) - "Şturm" (Avstriya)

"Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan)

"Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka)

"Fənərbaxça" (Türkiyə) - "Benfika" (Portuqaliya)

Qeyd edək ki, ÇL-də Liqa mərhələsinin püşkü avqustun 28-də atılacaq. İlk turun oyunları 16-18 sentyabrda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://qol.az
archiveBu xəbər 14 Avqust 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri