Qarabağ ın futbolçusu AFFA prezidentini boynuna medal taxmağa qoymadı VİDEO
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ”ın futbolçusu Yassin Benzia “Sabah” komandasına 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final matçından öncə mükafatlandırma mərasimində də fərqli davranışı ilə seçilib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Əlcəzair millisinin yarımmüdafiəçisi AFFA prezidenti Rövşən Nəcəfin boynuna medal taxmaq istəyini geri çevirib.
O, medalı əlinə götürərək gedib.
Qeyd edək ki, Yassin Benzia oyun zamanı aqressiv davranışları ilə seçilib. 120-ci dəqiqədə “Sabah” komandasının qələbə topundan sonra meydana girən 31 yaşlı yarımmüdafiəçi hakimləri təhqir edib. Bu səbəbdən, Benzia qırmızı vərəqə alıb. Onun “Qarabağ”la müqaviləni uzadılması istiqamətində danışıqlarda razılığa gəlmədiyi və komandanı tərk edəcəyi bildirilir.
Baxış sayı:56
Bu xəbər 01 İyun 2025 00:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















