Icma.az
close
up
RU
Qarabağ ın imicinə tunel kölgəsi

Qarabağ ın imicinə tunel kölgəsi

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" FK illərdir həm ölkədə, həm də Avropada təkcə nəticələri ilə deyil, həm də daxili intizamı və "Qurban Qurbanov məktəbi"nin gətirdiyi təmkinli davranışı ilə nümunə göstərilib. Lakin Azərbaycan kubokunun yarımfinalında "Sabah"a məğlubiyyətdən sonra yaşananlar bu imicə ciddi bir zərbə vurdu. Marko Yankoviçin hakimə hücumu sadəcə bir futbolçunun emosiyası deyil, peşəkarlıqdan uzaq bir davranışın bariz nümunəsidir.

Futbolda hakimin qərarından narazı qalmaq, penalti gözləntisinin boşa çıxması və bunun gətirdiyi gərginlik anlaşılandır. Lakin bu gərginliyin qırmızı vərəqə ilə nəticələnən fiziki hücuma, daha sonra isə paltardəyişmə otağına gedən tuneldə davam etməsinə heç bir bəraət qazandırmaq olmaz. Yankoviçin tuneldə hakimlərə yumruq atmaq istəyi, polislərin və baş məşqçinin müdaxiləsi ilə sakitləşdirilməsi peşəkar futbolçuya yaraşmayan mənzərədir.

"Qarabağ"ın futbolçusu olmaq təkcə meydanda yaxşı ötürmə vermək demək deyil. Bu həm də uduzmağı bacarmaq, gərgin anlarda özünü cilovlamaq məsuliyyətidir. Yankoviç həmin an hakimi deyil, öz komandasını və klubun nüfuzunu hədəf almış oldu. Əgər bir oyunçunu polislər hakim otağının önündən uzaqlaşdırırsa, deməli, burada artıq futbol bitib, "küçə qaydaları" başlayıb.

Görüntülərdə ən diqqətçəkən məqamlardan biri Yankoviçi məhz Qurban Qurbanovun sakitləşdirməsidir. Baş məşqçinin bu cür hallara qarşı nə qədər həssas olduğu hər kəsə məlumdur. Bəs, komanda daxilindəki o məşhur intizam hara yox oldu?

"Qarabağ" "Sabah"a 1:2 hesabı ilə uduzaraq kubokdan kənarda qala bilər, futbolun qanunu budur. Amma tuneldə yaşanan o görüntülər hesabdakı itkidən daha ağırdır. Yankoviçin bu hərəkəti komandanın mənəvi iqlimindəki çatları gündəmə gətirir.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 Aprel 2026 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see479

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see350

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see346

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see331

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see326

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see326

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see302

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see299

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see299

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see291

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see286

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see285

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see274

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see266

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see265

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see244

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see243

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see229

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see214

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri