Icma.az
close
up
RU
Qarabağ ın Koxalskisindən maraqlı açıqlamalar

Qarabağ ın Koxalskisindən maraqlı açıqlamalar

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ"ın Koxalskisindən maraqlı açıqlamalar

"Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski (Mateusz Kochalski) bu mövsüm Çempionlar Liqasında komandasının ən sabit və diqqətçəkən futbolçularından birinə çevrilib. 25 yaşlı qolkiper "Benfika" və "Kopenhagen"lə görüşlərdə göstərdiyi çıxışla adından söz etdirmişdi. O, hətta "Napoli" ilə son oyunda məğlubiyyətə baxmayaraq, yüksək qiymətlər alıb.

QOL.az Polşa mətbuatına istinadən xəbər verir ki, o, çərşənbə axşamı keçirilən "Napoli" – "Qarabağ" matçında penalti qaytaran yeddinci polşalı qapıçı kimi Çempionlar Liqasının tarixinə düşüb. Bu performansdan sonra azarkeşlər və futbol mütəxəssisləri 25 yaşlı qapıçının böyük kluba transfer vaxtının çatdığını düşünürlər. Koxalskinin özü də bu fikrə qismən qatıldığını Polşanın "Kanal Sportovıya" müsahibəsində etiraf edib.

O deyib: “Azərbaycanda ilk vaxtlar özümü ideal hiss etmirdim, Avropaya qayıtmaq istəyirdim. Amma bu, mümkün olmadı və qalmaqla yaxşı qərar vermiş oldum. İndi məqsədim daha da inkişaf etmək, irəli getmək və arzularım uğrunda mübarizə aparmaqdır”, – deyə o bildirib. 

Qeyd edək ki, oktyabr ayında onunla “Borussiya Dortmund”un maraqlandığı xəbərləri yayılmışdı.

"Napoli" ilə matçın ən yaxşı oyunçularından biri olmasına baxmayaraq, Koxalski nəticədən məmnun qalmadığını deyib: “Oyundan sonra emosiyalar var idi, amma daha çox mənfi… Çünki uduzduq”.

O, penaltilərə necə hazırlaşdığını da açıqlayıb: “Xüsusi nəzəriyyələrim yoxdur. Analiz edərkən futbolçunun zərbədən əvvəl dayanıb-dayanmadığını, qəribə hərəkətlər edib-etmədiyini, adətən hansı küncə vurduğunu izləyirəm. İki oyunçunu analiz etmişdim, amma Höylundu yox. Ona görə meydanda tez qərar verməli oldum”.

Koxalski "Qarabağ"ın Azərbaycandan gördüyü dəstəkdən də danışıb: “Qarabağ" bütün ölkənin qürurudur. Yaxşı oynayırıq, güclü rəqibləri məğlub edirik. Komanda illərdir Çempionlar Liqasına hesablanaraq qurulur, məşqçi də çox rotasiya edir. Bu mövsüm belə nəticə əldə edəcəyimizi heç kim gözləmirdi. Üç oyun qalıb və pley-offa çıxmaq imkanımız realdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://qol.az
archiveBu xəbər 28 Noyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri