Qarabağ ın rəsmisi Avropa Klublar Birliyinin İşçi qrupuna üzv seçildi
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Qarabağ"ın Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev Avropa Klublar Assosiasiyasının (ECA) Azarkeşlərlə İş üzrə İşçi qrupuna (Fans Working Group) üzv seçilib.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisindən "Qafqazinfo"ya verilən məlumata görə, o, 2025-2027-ci illəri əhatə edən dövrdə sözügedən qurumda fəaliyyət göstərəcək.
Hacıyev 25 ölkədən irəli sürülən çox sayda namizəd arasından qrupa üzv olmaq hüququ qazanıb. O, qrupun tərkibində "Yuventus", "Tottenhem", "Çelsi", "Betis", PSV, "Leypziq" kimi klublardan olan mütəxəssislərlə birlikdə yer alacaq.
Qeyd edək ki, "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov 2023-cü ildə keçirilmiş seçkidə Avropa Klublar Birliyinin İdarə Heyətinin, "Qarabağ" Futbol Akademiyasının meneceri Nail Kərimov isə adıçəkilən qurumun Uşaq Futbolu üzrə İşçi qrupunun (2025-2027) üzvü seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 02 Aprel 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















