Icma.az
close
up
RU
Avropa Klublar Birliyinin rəsmisi: Maliyyənin çox olması klublararası dünya çempionatının cəlbediciliyini daha da artırır AZƏRTAC

Avropa Klublar Birliyinin rəsmisi: Maliyyənin çox olması klublararası dünya çempionatının cəlbediciliyini daha da artırır AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 dekabr, AZƏRTAC

Klublararası dünya çempionatı 2025-ci ildə yeni formatda təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, ötən gün ABŞ-ın Mayami şəhərində turnirin püşkatma mərasimi olub.

Tarixdə ilk dəfə 32 klubun iştirakı ilə keçiriləcək çempionatda iştirakçılar hərəsində 4 komanda olmaqla, ümumilikdə 8 qrupa bölünüblər.

A qrupu: "Palmeyras" (Braziliya), "Portu" (Portuqaliya), "Əl-Əhli" (Misir), "İnter Mayami" (ABŞ)

B qrupu: PSJ (Fransa), "Atletiko" (İspaniya), "Botafoqo" (Braziliya), "Sietl Saunders" (ABŞ)

C qrupu: "Bavariya" (Almaniya), "Benfika" (Portuqaliya), "Boka Xuniors" (Argentina), "Oklend Siti" (Yeni Zelandiya)

D qrupu: "Flamenqo" (Braziliya), "Çelsi" (İngiltərə), "Leon" (Meksika), "Esperans" (Tunis)

E qrupu: "River Pleyt" (Argentina), "Monterrey" (Meksika), "İnter" (İtaliya), "Urava Red Daymonds" (Yaponiya)

F qrupu: "Fluminense" (Braziliya), "Borussiya Dortmund" (Almaniya), "Ulsan" (Cənubi Koreya), "Mamelodi Sandaunz" (CAR)

G qrupu: "Mançester Siti" (İngiltərə), "Yuventus" (İtaliya), "Vidad" (Mərakeş), "Əl-Əyn" (BƏƏ)

H qrupu: "Real Madrid" (İspaniya), "Zaltsburq" (Avstriya), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı), "Paçuka" (Meksika)

Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov turnirlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, maliyyənin kifayət qədər çox olması turnirin cəlbediciliyini daha da artırır: “Bildiyiniz kimi, bu turnir FIFA-nın təşəbbüsüdür. Burada əsas məsələ hər yerdə olduğu kimi maliyyə üzərində cəmləşir. İki baş sponsorun ardınca ötən gün yayım hüququ da satıldı. Fransanın DAZN şirkəti klublararası dünya çempionatının rəsmi yayımçısı oldu”.

“Qarabağ”ın İdarə Heyətinin də üzvü olan A.Əsgərov sıx qrafikdən şikayətlənən futbolçular üçün vəziyyətin ürəkaçan olmadığını diqqətə çatdırıb: “Futbolçular nöqteyi-nəzərindən istirahət üçün vaxtın azlığı onların narazılığına səbəb olur. Normalda həmin komandaların əksəriyyətinin istirahət dövrü yarışın keçiriləcəyi tarixə təsadüf edir. Amma maliyyə baxımından əlavə gəlir əldə etmə şansı qazanırlar ki, bu da oyunların sayının artırılması ilə bağlı yaranan narazılıqların aradan qalxmasına təsir göstərir”.

ECA rəsmisi bir neçə gün öncə Avropanı təmsil edən klubların rəhbərləri ilə bu turnirin təşkilində onları narahat edən məsələlərin müzakirə olunduğunu söyləyib: “Əsas məsələ təbii ki, maliyyə ilə bağlı idi. Klub rəhbərləri əldə olunacaq gəlirin onları cəlb edəcək səviyyəyə qalxıb-qalxmayacağı barədə müzakirələr aparırdılar. Onlar düşünürlər ki, qazanc yüksək olacağı təqdirdə turnir daha dayanıqlı olacaq”.

Qeyd edək ki, klublararası dünya çempionatı gələn il iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Turnirin son qalibi ötən il finalda Braziliya təmsilçisi “Fluminense”yə 4:0 hesabı ilə qalib gələn İngiltərənin “Mançester Siti” komandasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri