Avropa Klublar Birliyinin iclasında COP29da yaradılan alyansla bağlı rəsmi müraciət olacaq AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 22 noyabr, AZƏRTAC
Avropanın bütün klublarına Bakıda COP29 çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə yaradılmış iqlim dəyişikliyinə qarşı birgə alyansa qoşulmaq təklif olunacaq.
Bu barədə AZƏRTAC-a “Qarabağ” və Avropa Klublar Birliyinin İdarə Heyətinin üzvü Asif Əsgərov məlumat verib.
Onun sözlərinə görə, müraciət ECA-nın dekabrın əvvəlində planlaşdırılan iclasında ediləcək və quruma üzv olan Azərbaycan təmsilçilərinə də şamil olunacaq.
Qeyd edək ki, birgə alyans noyabrın 16-da Bakıda “Qarabağ”, “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç ) klublarının iştirakı ilə yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 22 Noyabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















