Qarabağ ın Tvente ni keçmək şansı 70 faizdir
Icma.az, Milli.az saytına istinadən bildirir.
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubu üzərində qazandığı səfər qələbəsi (1:0) komandanın mərhələ adlamaq şansını 70 faizə yüksəldib.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
O, komandanın heyətinin yeniləndiyini və oyundan-oyuna inkişafın hiss olunduğunu diqqətə çatdırıb:
"Heyətdə çoxlu oyunçu dəyişikliyi olub, yeni kollektiv formalaşır. Matçdan-matça fərq hiss olunur. Niderlanddakı görüşdə azarkeşlərin dəstəyi və təzyiqi var idi. Lakin futbolçular ilk dəqiqədən soyuqqanlı və təcrübəli göründülər. Heyətə yeni qoşulanlar yaxşı mənada təəccübləndirdilər və vacib qələbə qazandılar. Gənc oyunçuların Avropa təcrübəsi qazanması üçün UEFA Konfrans Liqasında çıxış etmək vacibdir".
Qarşılaşmanı stadiondan canlı izləyən mütəxəssis cavab qarşılaşması öncəsi "Qarabağ"ın mərhələ adlamaq ehtimalını dəyərləndirib:
"İndi ikinci oyun var. "Tvente" zəif rəqib deyil. İlk matçda yaxşı oyun izlədik. Düşünürəm ki, hazırda şanslar daha çoxdur. "Qarabağ"ın şanslarını faiz nisbəti ilə 70-in 30-a qiymətləndirərdim".
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 21 Avqust 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















