Icma.az
close
up
RU
“Qarabağ kartı” istifadəyə yararsızdır

“Qarabağ kartı” istifadəyə yararsızdır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnformasiya məkanında tərəflərdən birinin etibarlığı itirməsi sülhə aparan yolda şübhələri artırır

Polşanın ictimai yayımçısı “TVP World”də avqustun 26-da yayımlanan “Eastern Express” proqramı ətrafında yaranmış diplomatik qalmaqal Azərbaycan–Polşa münasibətlərində son dövrün ciddi siyasi siqnallarından sayılır. Azərbaycan Xarici İşlər Nazirliyi Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskini XİN-ə çağırıb və ona etiraz notası təqdim edib.

Azərbaycan tərəfi haqlı olaraq proqramda dövlətə və ölkə rəhbərliyinə qarşı “qərəzli, qeyri-obyektiv və tamamilə qəbuledilməz” iddiaların səsləndirildiyini, həmçinin proqram aparıcısının davranışının təxribat xarakteri daşıdığını bildirib. Bakı xüsusilə vurğulayıb ki, söhbət Polşa hökuməti tərəfindən maliyyələşdirilən ictimai yayım qurumundan gedir və belə materialların yayımlanması iki ölkə arasında mövcud tərəfdaşlıq ruhuna zidd olan “qeyri-dost addım” kimi qiymətləndirilir. Azərbaycan XİN, eyni zamanda, Polşa tərəfini Azərbaycana qarşı bu cür təxribat xarakterli kampaniyaların qarşısının alınması üçün təcili və effektiv tədbirlər görməyə çağırıb.

***

“TVP World”də avqustun 26-da yayımlanan “Azerbaijan’s peace comes with repression” adlı “Eastern Express” materialının başlığının özü artıq proqramın əsas narrativini göstərir. “TVP World” proqramın təqdimatında Azərbaycanın Cənubi Qafqazda getdikcə daha təsirli gücə çevrildiyini, lakin ölkə daxilində insan hüquqları ilə bağlı problemlərin mövcud olduğunu vurğulayıb və “Human Rights Watch”un heç bir əsası olmayan hesabatına istinad edib. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan–Ermənistan münasibətlərində sülh prosesinin müzakirəsi ilə Azərbaycanın daxili siyasi sistemi, repressiya, insan hüquqları və media azadlığı məsələləri eyni informasiya çərçivəsində təqdim edilir. Azərbaycan XİN-in reaksiyası da məhz bu səbəbdən sərt olub. Nazirlik materialın reallığı təhrif edən informasiya yaydığını bildirərək bunun xüsusilə Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesinin davam etdiyi bir vaxtda həqiqəti təhrif edən məlumatların yayılmasının Azərbaycan tərəfində sual doğurduğu diqqətə çatdırılıb.

Hadisələrin kontekstində Polşanın Ermənistan siyasətinə baxmaq yerinə düşər. Çünki Varşavanın İrəvanla münasibətləri 2026-cı ildə əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq şəkildə intensivləşib. Fevralın 26-da Polşanın baş naziri Donald Tusk Ermənistanın baş naziri Nikol Paşinyanla Varşavada görüşüb və Polşanın Ermənistanın Avropa İttifaqına inteqrasiya ambisiyalarını dəstəklədiyini açıq şəkildə bəyan edib. Polşanın Ermənistanla yaxınlaşmasının yalnız siyasi bəyanatlardan ibarət olmadığını isə may ayında baş verən proseslər göstərdi. Mayın 6-da Polşanın müdafiə naziri və baş nazir müavini Vladislav Kosinyak-Kamış Ermənistanın müdafiə naziri Suren Papikyanla Varşavada görüşüb. Polşa tərəfi Ermənistanı “dost ölkə” adlandırıb və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu açıq şəkildə bildirib. Görüşdə hərbi əməkdaşlığın, təcrübə mübadiləsinin və müdafiə sahəsində əlaqələrin genişləndirilməsi müzakirə olunub. Bu üç istiqamətin eyni vaxtda inkişaf etməsi göstərir ki, Varşavanın İrəvana münasibəti epizodik xarakter daşımır və daha uzunmüddətli strateji hesablamanın elementinə çevrilir.

Lakin Varşavanın İrəvanla münasibətlərini inkişaf etdirmək üçün köhnə, dəbdən düşmüş “Qarabağ kartı”ndan istifadə etməyə haqqı yoxdur. Polşa nəzərə almalıdır ki, Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı mərhələsi kövrəkdir. Doğrudur, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandı və regionda uzunmüddətli sülh üçün yeni siyasi çərçivə yarandı. 2026-cı ildə isə bu prosesin nəticələri artıq daha geniş regional kontekstdə müzakirə edilir. Ermənistanın baş naziri Nikol Paşinyan da avqustda Azərbaycanla sülhün artıq görünən və real nəticələr yaratdığını bildirib. Məhz ötən gün Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında baş tutan görüşdə də müxtəlif sahələr üzrə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi vurğulandı. Lakin hər bir halda, belə bir mərhələdə Avropa ölkələrinin informasiya siyasətində “DQ” anlayışının davam etdirilməsi yüngül desək, yersizdir.

Züriyə QARAYEVA,
politoloq

Bu hadisəni yalnız bir telekanalın redaksiya seçimi kimi qiymətləndirmək doğru olmaz. Çünki söhbət dövlət vəsaiti ilə maliyyələşən Polşanın ictimai yayımçısı “TVP World”dən gedir. Belə bir platformada birtərəfli ittihamların səsləndirilməsi istər-istəməz siyasi məna qazanır. “Eastern Express” proqramının buraxılışının “Azərbaycanın sülhü repressiyalarla müşayiət olunur” kimi təqdim edilməsi də məqsədli informasiya servisinin qurulduğunu göstərir. Buna görə səfir Pavel Radomskinin XİN-ə çağırılması və ona etiraz notasının təqdim olunması Bakının Varşavaya ünvanladığı əsaslandırılmış diplomatik xəbərdarlıqdır. Azərbaycan bununla həm də bildirir ki, sülh prosesinin həssas mərhələsində ictimai yayımçı vasitəsilə reallıqların təhrif edilməsi ikitərəfli tərəfdaşlığın ruhuna uyğun deyil. Bununla belə, bir televiziya proqramını Polşanın Azərbaycana münasibətdə rəsmi siyasi kursunun tam dəyişməsi kimi qiymətləndirmək tezdir.

Varşavanın qəfil ermənipərəst mövqeyinin arxasında bir neçə amilin üst-üstə düşdüyünü düşünürəm. Ermənistanın Rusiyadan uzaqlaşaraq Avropa İttifaqına yaxınlaşması Moskvanın təsir dairəsini zəiflətməyə çalışan Polşa üçün İrəvanı daha cəlbedici tərəfdaşa çevirib. Eyni zamanda, Avropadakı erməni lobbi və ona bağlı media, QHT və ekspert şəbəkələri yaranmış bu siyasi fürsətdən istifadə edirlər. Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasəti isə bəzi Avropa dairələrinin regionu yalnız “Qərbyönlü Ermənistan–avtoritar Azərbaycan” sxemi ilə təqdim etmək cəhdlərinə uyğun gəlmir. Lakin konkret süjetin birbaşa erməni lobbisinin sifarişi olduğunu sübut edən açıq fakt olmadığı üçün məsələni lobbi fəaliyyətinin, Polşadakı liberal media gündəminin və Ermənistanın Qərbə yönəlməsinin kəsişməsi kimi qiymətləndirmək daha əsaslıdır. Əgər Varşava Bakının etirazına məhəl qoymasa və bu cür materiallar sistemli xarakter alsa, onda söhbət təkcə media qərəzindən deyil, Polşanın Cənubi Qafqaz siyasətinə baxışda müəyyən korrektədən gedə bilər. Hazırkı mərhələdə isə Bakı sərt, lakin ölçülü reaksiya verməklə rəsmi Varşavanı mövqeyinə aydınlıq gətirməyə çağırıb.

Tacir SADIQOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2026 06:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see406

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see301

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see229

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see224

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see222

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see219

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see218

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see207

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see204

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see195

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see194

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see190

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see187

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see186

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see179

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see178

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see174

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see166

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see163

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri