Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır

İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarabağda ləğv edilmiş qondarma rejimin sonuncu rəhbəri Samvel Şahramanyanın vəkili Roman Yeritsyan təxribatçı açıqlama ilə çıxış edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Yeritsyan Samvel Şahramanyanın 26 sentyabr 2023-cü ildə imzalanmış “Dağlıq Qarabağ Respublikasının buraxılması haqqında” fərmanının qüvvədən düşdüyünü bildirib. O bildirib ki, Şahramanyan İrəvana köçdükdən sonra başqa “fərman” verərək eyni hüquqi əsaslarla “DQR”-in ləğvi haqqında fərmanı qüvvədən salıb: 

“Əziz həmvətənlər, əminəm ki, bir çoxlarınız “Artsax prezidenti” Samvel Şahramanyanın ikinci erməni “dövləti”nin ləğvi haqqında fərmanı hansı motivlərlə imzaladığını bilirsiniz və ya başa düşürsünüz. Bəziləriniz də heç bir məmurun, o cümlədən dövlət başçısının fərmanla dövləti ləğv etmək səlahiyyətinin olmadığını anlayır. Lakin cəmiyyətin müxtəlif dairələri “Artsax”ın ləğvi haqqında fərmanın hüquqi akt kimi hətta qüvvəyə minməməsinə də məhəl qoymayaraq, onu fəal şəkildə manipulyasiya edərək, Şahramanyanı “Artsaxı ləğv edən prezident” adlandırıb və s.” 

Vəkil Yeritsyan bildirib ki, Samvel Şahramanyan “Artsax”ın buraxılması haqqında 26 sentyabr tarixli fərmanını qüvvədən salan 659-N saylı “fərman” verib və bu barədə Ermənistanın hakimiyyət orqanlarına rəsmi məktubla məlumatlandırıb. “Nə “Artsax”ın ləğvi haqqında “fərman”, nə də yeni “fərman” hüquqi qüvvəyə malik olsa da, həm “Artsax Konstitusiyası”na, həm də daha yüksək hüquqi qüvvəyə malik digər normativ aktlara zidd olduğundan qüvvəyə minməyib. Ona görə də hər hansı nəticələrə səbəb ola bilməz və hamıdan “ləğv edilmiş Artsax” haqqında danışmağı dayandırmağı xahiş edirəm”. 

Vəkil “Qarabağ səhifəsinin bağlanmadığını və geri dönəcəklərini” qeyd edib. Göründüyü kimi, Şahramanyan vəkil Yeritsyanın vasitəsilə qondarma rejimin bərpası məsələsini gündəmə gətirmək istəyir. Çünki Şahramanyan Azərbaycan ərazisində erməni separatizminin bərpasının qeyri-mümkün olduğunu yaxşı bilir. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dövlət suverenliyi və konstitusion hüququ tam bərqərar edilib. 

Vaxtilə uydurma rejimin yaradılmasına rəhbərlik etmiş hərbi cinayətkarların bir çoxunun hazırda Bakıda məhkəmə prosesi keçirilir. Mayın 21-də Şahramanyanın “prezident” kimi səlahiyyət müddəti başa çatır. Çox güman ki, Şahramanyan “DQR”-in ləğvi haqqında fərmanının qüvvədən düşdüyünə dair iddiaları ortaya atmaqla ermənilərin yaddaşında qondarma rejimin buraxılmasına imza atmış adam kimi qalmaq istəmir. 

Böyük ehtimalla, Şahramanyan ləğv edilmiş rejimin rəhbəri postuna mayın 21-də keçiriləcək “prezident” seçkilərində namizəd kimi iştirak etməyəcək. Əvvəla o, bunun hər hansı siyasi perspektivi olmayan mənasız bir addım olduğunu yaxşı dərk edir.

Vaxtilə Qarabağda yaşamış erməni əhali oradan könüllü köçüb və geri qayıtmaq istəmir. Yəni, separatçıların keçmiş rəhbəri ermənilərin Qarabağa dönməyəcəyinin fərqindədir. Ona görə də separatçı rejimin bərpasına ümid bəsləmək illüziyadan başqa heç nə vəd etmir. Üstəlik, qondarma rejimin rəhbərliyində qalmaq Şahramanyanı Ermənistan hakimiyyətinin hədəfinə gətirir. Ermənistana köçdükdən sonra onun barəsində cinayət işi açılıb, avtomobili müsadirə edilib. 

Şahramanyan üçün bu təzyiqlərdən xilas olmağın yeganə və ən düzgün yolu “prezident”liyinə son verməkdir. Bununla yanaşı, vəkil Yeritsyanın açıqlaması mayın 21-də keçirilməsi nəzərdə tutan saxta seçkilərə hesablanmış siyasi manipulyasiya məqsədi də daşıya bilər. Belə ki, Şahramanyan “seçkilər”in keçirilməsinə əsas yaratmaq üçün qondarma rejimin ləğv edilmədiyini, mövcudluğunu davam etdirdiyinə dair görüntü yaratmağa çalışır.

Bu cür siyasi fonun yaranmasından Ermənistandakı siyasi qüvvələr də öz maraqları üçün istifadə etməyə çalışırlar. Revanşist müxalifət 2026-cı ildə keçiriləcək parlament seçkilərində qondarna rejimin qalıqlarına “Qarabağ klanı”nı yenidən gücləndirmək və radikalları eks-prezident Robert Köçəryanın ətrafında cəmləmək vasitəsi kimi baxır. 

Görünür, son günlər Ermənistan Baş Prokurorluğunun Köçəryanın əmlakını müsadirə etmək üçün məhkəmə iddiası qaldırmasından dərhal sonra uydurma rejimin yaşadığına dair məsələnin gündəmə gəlməsi Paşinyan hökumətinə qarşı bir təzyiq vasitəsidir. 

Baş nazir Nikol Paşinyan qondarma rejimin Ermənistandakı fəaliyyətini öz hakimiyyətinə qarşı təhlükə hesab etsə də, hələlik separatçı rejimin nəzarətdən çıxmamaq şərtilə mövcudluğuna şərait yaradır. Paşinyan bu siyasi “kart”ı daha çox Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmasına qarşı müqavimət vasitəsi kimi əlində saxlamağa çalışır. 

Lakin prlament seçkiləri yaxınlaşdıqca qondarma rejimin qalıqlarının Paşinyan üçün problem yaratmağa çalışacağı gözlənilir ki, nəticədə Baş nazirin separatçılara qarşı yenidən sərt tədbirlərə əl atacağı istisna edilmir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Şahramanyan qondarma rejim “DQR”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see477

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see291

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see277

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see212

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see211

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see209

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see204

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see199

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see199

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see198

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see195

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see192

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see192

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see191

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see191

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri