“Bölgələrdə tibb məntəqələrinin çoxu istifadəyə yararsızdır”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Əhalinin tibbi sığortadan gözləntilərindən biri ambulator müalicə alan xəstələrin dərman vasitələri ilə təminatının İTS ilə qarşılanmasıdır. Milli Məclis bu məsələ ilə bağlı “Tibbi sığorta haqqında” qanuna da dəyişikliklər edib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
“İnanıram ki, xəstələrin səbirsizliklə gözlədiyi bu problem növbəti ildə həllini tapacaq. Əhalini narahat edən digər məsələ onlara göstərilən ilkin tibbi xidmətin səviyyəsinin aşağı olmasıdır. Bu problem xüsusilə bölgələrdə, kənd yerlərində özünü daha qabarıq göstərir. Bölgələrdə olan tibb məntəqələrinin böyük qismi istifadəyə yararsız vəziyyətdədir, ciddi kadr çatışmazlığı var”, - komitə sədri qeyd edib.
Spiker Sahibə Qafarova deputatın fikirlərinə münasibət bildirib: “Biz sizinlə bu barədə danışmışdıq, tibbi sahədə çox böyük islahatlar gedir. Dediyiniz məsələlər, həkimlərin çatışmazlığı və s. böyük paket hazırlanır. Ümidvarıq ki, bu, çox yaxınlarda həyata keçəcək.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 19 Noyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















