Icma.az
close
up
RU
“Qarabağ klanı”ndan Paşinyana qarşı ŞOK PLAN

“Qarabağ klanı”ndan Paşinyana qarşı ŞOK PLAN

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan Respublika Partiyası sentyabrın 26-da parlament dinləmələrinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. 

Onun gündəliyinə hakimiyyətin dəyişdirilməsi və onların ətrafında birləşməyin praktiki yolları məsələsi daxil edilib.  Serj Sarkisyanın tərəfdaşları daxili siyasi vəziyyətin həllini Nikol Paşinyanın impiçmentində görürlər. Lakin komanda müzakirədə qərara gəlib ki, dinləmələrin gündəliyi və adı genişləndirilməlidir. Müzakirələri təkcə impiçment məsələsi ilə məhdudlaşdırmaq olmaz. Həm də daxili siyasi vəziyyət və problemin həlli yolları diqqət mərkəzində olmalıdır. 

Qeyd edək ki, eks-prezident Serj Sarkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyası və parlamentdəki “Şərəfim var” fraksiyası baş nazirə etimadsızlıq məsələsini bu il ikinci dəfədir gündəmə gətirir. İyun ayında ERP sədrinin müavini Armen Aşotyanın və Uluxanlı (Masis) icmasının rəhbəri David Ambarsumyanın baş nazir vəzifəsinə namizədliklərini “Şərəfim var” fraksiyası vasitəsilə irəli sürməyə çalışsa da məqsədinə nail ola bilmədi.

Bunun birinci səbəbi parlament müxalifətinin impiçment məsələsini sessiyanın gündəliyinə salmaq üçün qanunvericilikdə tələb olunan qədər səsə mailk olmamsı idi. Yəni sabiq prezident Robert Köçəryanın liderlik etdiyi  “Ermənistan” bloku 29,  “Şərəfim var” fraksiyası isə 6 deputat yerinə malikdir. Ona görə də iki fralksiya birlikdə lazım olan 36 səsi toplaya bilımədi. 

Digər səbəb Serj Sarkisyanla Robert Köçəryan arasında bitmək bilməyən siyasi ədavətdir. “Ermənistan” fraksiyası Paşinyanın istefasına nail olmaq üçün ERP-nin namizədlərini dəstəkləməyə hazır olduğunu bildirsə də, Köçəryan küçəmübarizəsinə üstünlük verdiyini əsas gətirərək əməldə bunu etmədi.

Paşinyana qarşı impiçmentin indiyə qədər baş tutmamasının əsas səbəbi  parlament müxalifəti arasında ciddi fikir ayrılığının olmasıdır. Ermənistan parlament respublikası olduğundan qanunverici orqanda təmsil olunmayan partiyaların siyasi proseslərə, o cümlədən hakimiyyət dəyişikliyinə təsiri demək olar ki, yoxdur.

Bu, eyni zamanda həmin partiyaların siyasi reytinqinin xeyli aşağı olması ilə bağlıdır. Ana müxalifət arasında fikir birliyinin olmaması Nikol Paşinyanın baş nazir postunda qalmasına şərait yaradır. Bu konyuktur 2026-cı ildə keçirilək növbəti parlament seçkilərinə qədər davam edəcək. Ona görə də Serj Sarkisyanın sentyabrın 26-a nəzərdə tutulan daha bir impiçment prosesinin müsbət nəticə verəcəyi inandırıcı görünmür.

Robert Köçəryan ayın 26-a təklif olunan müzakirələrə qatılmağa lüzum görmədiyini, yəni Sarksisyana dəstək verməyəcəyini bildirib.   
Müxalifətdaxili qütbləşmənin dərinləşməsi təbii ki, qarşıdan gələn seçkilərdə həm Serj Sarkisyanın, həm Robert Köçəryanın siyasi vəziyyətini pisləşdirə bilər. Çünki son rəy sorğuları eks-prezidentlərin hər ikisinin reytinqinin kəskin aşağı olduğunu göstərir. 

“MPG Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə, əgər üzümüzə gələn bazar günü parlament seçkiləri keçirilərsə respondentlərin cəmi 3,4 faizi Ermənistan Respublika Partiyasına səs verməyə hazır olduğunu bildirib. Bu isə növbəti seçkilərdə Sarkisyanın təqdim etdiyi namizədlərin 5 faizlik barajı aşa biləcəyini və deputat mandatı qazanacağını şübhə altına alır. 

Ona görə də Sarkisyanın baş nazirə etimadsızlıq məsələsini gündəmə gətirməsi daha çox protest elektorata hesablanmış populizmdir və reytinqi artırmaq məqsədi daşıyır. 

Lakin Sarkisyan prosesi başlatmadan Köçəryan onun bu təşəbbüsünü “balta”ladı. Əslində, Köçəryanın özünün də siyasi vəziyyəti yaxşı deyil. Bir tərəfdən, aparılan sorğular seçicilərin 6,4 faizinin ona səs verməyə hazır olduğunu göstərir. Bu göstərici ilə seçki barajını aşmaq Köçəryana deputat yerlərinin əksəriyyətini itirmək hesabına başa gələcək.

Halbuki 2021-ci ilin parlament seçkiləri öncəsi Köçəryan 14 faiz siyasi reytinqə malik idi. Digər tərəfdən, onun əsas müttəfiqi olan “Daşnaksütyun”a seçicilərin cəmi 1,1 faizi səs verməyə hazırdir. Üçüncü problem rusiyalı milyarder Samvel Karapetyanın Ermənistanın siyasi səhnəsində sürətli diçəlişi və Köçəryanı kölgədə qoymasıdır.

Daşnakların seçkidə qələbə qazanmaq şansı görünməsə də “Ermənistan” bloku ilə koalisiyadan çıxıb kiləsinin dəstək verdiyi Karapetyanın yanında yer alması Köçəryanın siyasi bazasını daha da zəiflədəcək. 

Göründüyü kimi, Ermənistanın müxalifət düşərgəsində seçkilər öncəsi siyasi konfiqurasiya formalaşmağa başlayıb. Samvel Karapetyanın liderlik etdiyi “Bizə görə” hərəkatı istisna olmaqla, müxalifətin sıralarında ciddi yenilik baş verməyib.

Ümumilikdə, müxalifətdə siyasi pərakəndəlik davam edir. Köçəryanın Serj Sarkisyana dəstək verməməsi onun seçkilərə ayrıca blok şəklində qatılmağa iddialı olduğundan xəbər verir. Seçkilərə qədər Sarkisyan-Köçəryan mübarizəsinin aradan qalxacağı inandırcı görünmür. 

Sarkisyanın keçmiş müttəfiqi, Vətən Partiyasının sədri Artur Vanetsyan da seçkilərdə ayrılıqda iştirak etmək niyyətindədir.  Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Tsarukyan isə seçkilərdə iştirak edib-etməyəcəyini hələ dəqiqləşdirmədiyini deyib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: “Qarabağ klanı” Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri