Qarabağ Lion matçının biletləri bu tarixdə satışa çıxarılacaq
Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Avropa Liqasının V turunun “Qarabağ” - “Lion” (Fransa) oyununun biletləri sabah satışa çıxarılacaq.
Manset.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər saat 12:00-dan etibarən biletləri əldə edə biləcəklər.
Biletlərinin qiyməti 5, 20, 30, 40, 75 və 150 manatdır. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Qeyd edək ki, qarşılaşma noyabrın 28-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

“Qarabağ” “Lion” oyununun biletləri satışa çıxarılacaq
18 Noyabr 2024 22:23
UEFA Avropa Liqası: Qarabağ Lion matçının biletləri sabah satışa çıxarılacaq
18 Noyabr 2024 22:11
“Qarabağ” “Lion”: biletlər satışa çıxarılacaq
18 Noyabr 2024 22:19
Qarabağ Lion matçının biletləri satışa çıxarıldı
19 Noyabr 2024 12:16

