“Qarabağ” “Lion” oyununa satılan bilet sayı bəlli oldu Yeni Çağ Media
Icma.az, Yenicag portalına istinadən məlumat verir.
UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Qarabağ” – “Lion” (Fransa) oyununa satılan bilet sayı bəlli olub.
Ağdam klubundan Yenicag.az-a verilən məlumata görə, artıq 17500 azarkeş bilet alıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alan tərəfdarlar VIP Lounge üstünlüklərindən yararlana bilərlər. Həmin sektorlara biletin qiyməti 300 manatdır.
Qeyd edək ki, “Qarabağ” – “Lion” oyunu noyabrın 28-də, saat 21:45-də başlayacaq.
www.yenicag.az
Baxış sayı:133
Bu xəbər 25 Noyabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















