“Qarabağ” “Lion” oyununun biletləri satışa çıxarıldı
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa Liqasının 5-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” və “Lion” klubları arasındakı qarşılaşmanın biletləri azarkeşlər üçün satışa təqdim olunub.
"Unikal" xəbər verir ki, azarkeşlər biletləri sabah saat 12:00-dan etibarən əldə edə biləcəklər. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 20, 30, 40, 75 və 150 manat arasında dəyişir. Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti 300 manat olaraq müəyyən edilib.
Biletləri əldə edə biləcəyiniz məntəqələr:
iTicket.az platforması və satış məntəqələri (onlayn satış mümkündür);
Park Bulvar ticarət mərkəzində yerləşən “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları.
Azarkeşlərimizə biletlərini vaxtında əldə edərək bu həyəcan dolu qarşılaşmanın bir parçası olmağı tövsiyə edirik!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Noyabr 2024 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















