Icma.az
close
up
RU
“Qarabağ” Liqa mərhələsinin ekvatorunda STATİSTİKA İdman və Biz

“Qarabağ” Liqa mərhələsinin ekvatorunda STATİSTİKA İdman və Biz

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Avropa Liqasının Liqa mərhələsi ekvator xəttinə çatıb. “Qarabağ” bu xəttə çatanda mərhələdə ilk xallarını əldə edib.

İdman.biz Ağdam klubunun futbolçularının mərhələnin birinci yarısı üçün statistik göstəricilərini nəzərdən keçirib.

4 oyunda Qurban Qurbanov meydana 20 futbolçu çıxarıb. 10 futbolçu bütün oyunlarda forma geyinib. Ancaq onlardan heç biri 4 oyunu əvvəldən axıra qədər oynamayıb. Meydanda ən çox Olavio Juninyo olub – 350 dəqiqə. Abdullah Zubir 343, Bədavi Hüseynov 293, Yassin Benzia 289, Patrik Andrade 280 dəqiqə meydanda olub. Ən az oynayan Nəriman Axundzadə və Marko Veşoviç isə cəmi 1 dəqiqə şans qazanıblar.

3 qol Olavio Juninyo, Abdullah Zubir və Tural Bayramovun hesabındadır. 2 məhsuldar ötürməni Abdullah Zubir və Yassin Benzia veriblər.

“Qarabağ”ın 11 futbolçusu qapıya zərbə endirib. Juninyonun 9 zərbəsindən 4-ü qapı çərçivəsinə gedib. Benzia 7, Zubirlə Toral isə 5 zərbədən 2-sini qapı çərçivəsinə göndərib. Patrik Andradenin 3 zərbəsindən, Leandro Andrade ilə Elvin Cəfərquliyevin isə 2 zərbəsindən 1-i dəqiq olub. Emmanuel Addai 3, Abbas Hüseynov, Bəhlul Mustafazadə və Aleksey Kaşşuk 1 zərbədən qapını tapa bilməyiblər.

Benzianın 3, Addainin 2, Toral, Leandro və Elvinin 1 zərbəsi bloka alınıb.

Komandada 100 faizlik ötürmə göstəricisi tək Aleksey İsayevdədir. Ancaq o, meydanda olduğu 6 dəqiqədə cəmi 3 ötürmə verib. Bəhlul Mustafazadənin 95,7, Juloi Romanonun 94,3, Bədavi Hüseynovun 90,5 Kevin Medina və Abbas Hüseynovun 87,3 faiz ötürməsi ünvana çatıb. Ən çox ötürməni Zubir verib. Onun 213 ötürməsinin 178-i dəqiq olub. Medina 159 (139 dəqiq), Cəfərquliyev 155 (124), Benzia 146 (117), Yankoviç 146 (115), Bədavi 145 (130) ötürmə verib. Axundzadə və Veşoviç meydanda olduqları 1 dəqiqədə ötürmə verməyə imkan tapmayıblar.

Sərbəst zərbələri ən çox Mateuş Koxalski 12, Medina 11, Benzia və Yankoviç 8, Cəfərquliyev 5 dəfə yerinə yetirib.

Künc zərbələri cəmi 4 futbolçu vurub. Benzia 15, Zubir 4, Yankoviç 2, Cəfərquliyev 1 dəfə künc bayrağına yaxınlaşıb.

Juninyo 5 dəfə offsayda düşüb. Benzia, Zubir, Cəfərquliyev, Mustafazadə və Silva 1 dəfə oyundan kənar vəziyyətdə olublar.

Bədavi 24, Medina 18, Abbas Hüseynov 17, Romao 14, Patrik və Cəfərquliyev 13 dəfə topu komandasına qazandırıb.

Patrik 13, Medina 10, Romao və Benzia 6, Yankoviç 5 dəfə təkbətək mübarizədə iştirak edib.

Təhlükəni sovuşdurmaq üçün Bədavi 11, Medina və Abbas 7, Bəhlul 6, Toral 5 dəfə topu çıxarıb.

Qapıçılardan Koxalski 3 oyuna 7, Buntiç 1 oyuna 2 qol buraxıb. Seyvlərin sayı müvafiq olaraq 14 və 3-dür.

Hakimlər “Qarabağ”ın 7 futbolçusunu cəzalandırıb. Romao və Cəfərquliyev qırmızı vərəqə görüblər. Cəfərquliyev 3, Medina 2, Benzia, Yankoviş, Abbas və Koxalski 1 sarı vərəqə alıb.

Juninyo, Medina və Patrik 7, Romao 6, Benzia 5 dəfə qayda pozublar. Rəqib follarına daha çox məruz qalanlar isə Yankoviç (14), Zubir (8) və Benziadır (4).

Vüqar Məmmədov
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Noyabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri