Icma.az
close
up
RU
Elfsborqa qol vurmuş futbolçu: “Statistika “Qarabağ”ın qalib gələcəyinə inam yaradır” İdman və Biz

Elfsborqa qol vurmuş futbolçu: “Statistika “Qarabağ”ın qalib gələcəyinə inam yaradır” İdman və Biz

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ” üçün çətin oyun olacağını düşünürəm”.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a vaxtilə ölkəmizdə “Neftçi” və “İnter” (indiki “Şamaxı”) komandalarında çıxış etmiş Slavço Georgiyevski “Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsinin VI turunda İsveçdə "Elfsborq”a qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

“İnter”in heyətində 2014-2015-ci illər mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində "Elfsborq"a qarşı oynamış yarımmüdafiəçi İsveç təmsilçisinin yaxşı komanda olduğunu bildirib: “Həmin matçı yaxşı xatırlayıram. Mənim vurduğum yeganə qolla qələbə qazanmışdıq. Bu komanda taktiki və fiziki cəhətdən güclüdür, oyun üslubuna görə “Qarabağ”dan seçilir. Lakin Qurban Qurbanovun komandası texnikalı futbol oynamağı rəqibdən daha yaxşı bacarır. Azərbaycan çempionunun Skandinaviya klublarına qarşı üstünlüyü var. Bu statistika “Qarabağ”ın qalib gələcəyinə inam yaradır. Hazırda komanda Azərbaycan çempionatında da ideal formada mübarizə aparır”.

Şimali Makedoniya millisinin sabiq üzvünün fikrincə, “Qarabağ” topu özündə daha yaxşı saxlaya bilsə və oyuna nəzarəti sonadək qorusa, səfərdən üç xalla qayıda bilər: “Qarabağ” meydanda bunları çox yaxşı bacaran komandadır. Rəqib standart vəziyyətlər zamanı çox təhlükəlidir. Heyətində ucaboy oyunçular var. "Elfsborq"un cinah ötürmələri də təhlükəli olur. Ağdam klubu rəqibdən çəkinməməli, bu amilə diqqət yetirməlidir. Düşünürəm ki, “Qarabağ” bu matçda qalib gələcək”.

Qeyd edək ki, “Qarabağ” "Elfsborq"la dekabrın 12-də səfərdə qarşılaşacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Dekabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri