Icma.az
close
up
RU
“Qarabağ” nəticələri ilə bizi qürurlandırır” Sadıqov

“Qarabağ” nəticələri ilə bizi qürurlandırır” Sadıqov

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Kopenhagen”i məğlub edib – 2:0. Azərbaycan millisinin sabiq məşqçisi Vaqif Sadıqov “Futbolpress.az”a açıqlamasında nəticəni dəyərləndirdi:

“Qarabağ” hər dəfə oyunu, nəticəsi ilə bizi qürurlandırır. İndiki vəziyyət komandada görülən uzunmüddətli işlərin bəhrəsidir. “Qarabağ” hər zaman hədəfləri olan klubdur. Çempionlar Liqasında əsas mərhələdə iki qələbə qazanmaq görülən böyük işlərdən xəbər verir. Komanda ötən mövsüm Avropa Liqasındakı oyunlardan təhlillər apararaq, nəticələr çıxarıb və indi daha möhkəm, müasir futbolun standartlarını bilən, Avropa səviyyəli komandaya çevrilib. “Qarabağ” sistemli işin nəticəsidir və onlara sadəcə alqış düşür”.

Mütəxəssis “Qarabağ”ın inkişafına, komandada görülən işlərə toxundu:

“Kopenhagen”lə oyunda da gördük ki, artıq komanda müdafiədə inamlıdır, hücumda kəsərli ola bilir. Çempionlar Liqasında asan, zəif rəqib olmur. Meydanda aparılan üstün futbol və nəticə ilə qürurlandırdı. Nəticə tablodakıdır, amma onun arxasında dayanan böyük zəhmət var. Belə deyim var, “ağaca çıxmaq istəyənin hədəfi ulduzlar olmalıdır”. İndi “Qarabağ”ın da hədəfləri artıb. Vaxtında görülən işlər bəhrəsini verir. Komanda ildən-ilə artırır, inkişaf edir”.

Sadıqov komandadakı yerli futbolçuların oyun baxımından çox artırdığını da söylədi:

“Yerli futbolçuların çıxışını görürük. Deməli, bizim də oyunçularımız potensiallıdır. Sadəcə inanmaq, onlara şans vermək lazımdır. “Qarabağ” nümunəsindən görürük, azərbaycanlı futbolçuların mübarizliyi, döyüşkənliyi komandaya necə faydalı olur. Əsas uşaqlara inanmaq, onlara etimad göstərmək lazımdır”.

Mütəxəssis “Qarabağ”ın növbəti rəqibi “Atletik” haqda da danışdı:

“Atletik”lə oyun maraqlı olacaq. İspan futbolu indi dünya futboluna dominantlıq edir. Lakin bu matç “Qarabağ” üçün də sərfedici olacaq. Çünki “Atletik” həm özü oynayır, həm də rəqibə oynamağa imkan verir. Yaxşı oyun olacağına inanıram və ümid edirəm ki, nəticə də yaxşı olacaq. Artıq rəqiblər “Qarabağ”a qarşı çox ciddi hazırlaşırlar. Liqa mərhələsində 2 qələbəmiz var və düşünürəm ki, bir neçə xal qazanmaqla da pley-offa vəsiqə əldə etmək olar”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri