“Qarabağ” onunla müqaviləni yeniləməyəcək: Özünə yeni klub tap
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
2021-ci ildən “Qarabağ”ın formasını geyinən Marko Veşoviç 3 ölkədən təklif alıb.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, müqaviləsi yayda bitəcək müdafiəçi Polşaya qayıda bilər.
Monteneqrolu legionerlə Yunanıstan və Kipr klubları da yaxından maraqlanır. Ağdam klubu Olavio Juninyo, Julio Romao və Riçard Almeydadan sonra onunla da vidalaşmağı qərarlaşdırıb.
Ağdam təmsilçisi artıq bu barədə müdafiəçini məlumatlandırıb. Bildirilib ki, onun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.
Monteneqro yığmasının futbolçusuna özünə yeni komanda tapmaq tapşırılıb. 34 yaşlı cinah oyunçusuna icazə verilib ki, real müştərisi olarsa, onunla danışıqlar aparılsın.
Ölkəmizə Polşadan gələn “Legiya”nın sabiq kapitanı 1 ilə yaxındır əsas heyətdə yerini itirib. Buna səbəb xroniki zədələrdən əziyyət çəkməsidir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 19 Mart 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















