Icma.az
close
up
RU
“Qarabağ” liderliyi özünə qaytardı Tura baxış

“Qarabağ” liderliyi özünə qaytardı Tura baxış

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının XVII turu yenidən lider dəyişikliyi ilə yadda qaldı. “Qarabağ” ötən tur əldən verdiyi birinci pilləni yenidən özünə qaytardı. “Qarabağ”ı “taxt”dan salan “Sabah” onun yenidən “taxt”a çıxmasına kömək göstərdi. Belə ki, “Araz Naxçıvan”ın 15 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyan məhz “Sabah” oldu. “Neftçi”nin qələbə həsrəti də məhz bu tur bitdi. “Ağ-qaralar” çətinliklə olsa da, “Kəpəz”i məğlub edə bildilər.

“Şamaxı” – “Səbail” 0:0 
"Şamaxı":
1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasili Radenoviç, 11. Conatan Benteke, 20. Leroy Mikels (k), 9. Belaydi Pusi, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 22. Qurban Səfərov, 19. Fəxri Məmmədli.
Baş məşqçi: Ayxan Abbasov.
"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 8. Qorka Larruçea, 3. Dmitri Litvin, 7. Madi Keta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli, 15. Vüsal Məsimov, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 36. Azad Əsgərov, 5. Gitay Sofir.
Baş məşqçi: Cavid Hüseynov.

Qələbəyə həsrət iki komanda Şamaxıda üz-üzə gəlirdi. Soyuq və qarlı hava görüşün start fitinin təxirə salınmasına səbəb oldu. Stadionunun süni örtüyü qardan təmizləndikdən sonra komandalar meydana çıxdılar. Amma görüş elə başladığı kimi, yəni qolsuz başa çatdı. Zaman-zaman üstünlük gah meydan sahiblərinin, gah da qonaqların tərəfinə keçsə də, bu üstünlüyü qola çevirməyi heç bir komanda bacarmadı. 
Bu yerdə onu da xatırladım ki, “Səbail” sonuncu qələbəsini elə “Şamaxı” üzərində qazanıb. O oyundan bəri, yəni, səkkiz oyundur ki, “dənizçilər” qələbənin dadını unudub. “Şamaxı” isə düz 10 oyundur ki, Premyer Liqada qələbə qazana bilmir. 9 xalı olan “Səbail” sonuncu pillədə yer alıbsa, 14 xal toplayan “Şamaxı” 8-ci sıradadır.

“Araz-Naxçıvan” – “Sabah” 0:1 
Qol:
Coy Lens Mikels, 78
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Qara Qarayev, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 14. Miço Kuzmanoviç.
Baş məşqçi: Elmar Baxşıyev.
"Sabah": 1. Yusif İmanov, 10. Namiq Ələsgərov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 75. Emil Həbibov, 4. Elvin Camalov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.

Vasili Berezutskinin gəlişindən sonra dirçələn “Sabah” ardıcıl ikinci turda lider dəyişikliyinə səbəb oldu. “Sabah”a “Araz Naxçıvan”ı üstələmək üçün 1 qol kifayət etdi. Coy Lens Mikelsin 78-ci dəqiqədə vurduğu qol cavabsız qaldı. Mikelsin fərqləndiyi turda Premyer Liqanın ən məhsuldar futbolçusu Felipe Santos “susdu”. Beləcə bombardirlər cədvəlində də ikihakimiyyətlilik yarandı. Hər iki legionerin hesabında 8 qol var. 
“Araz Naxçıvan”ın “Sabah”la oyunda öz silahıyla vurulduğunu deyə bilərik. İndiyə qədər minimal hesablı qələbələri sıralayan əyalət təmsilçisi bu dəfə özü rəqibin vurduğu yeganə qola cavab verə bilməyincə xalsız qaldı. Bu məğlubiyyət “Araz Naxçıvan” üçün mövsümdə ikinci oldu. 39 xalı olan “Araz Naxçıvan” lider “Qarabağ”ın ən yaxın izləyicisidir. “Sabah”ın isə 26 xalı var, 5-ci pillədə qərarlaşan komanda mükafatçıların sırasına elə də uzaqda deyil.

"Zirə" – "Turan Tovuz"  0:0 
“Zirə”: 13. Aydın Bayramov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 4. Ruan Renato (k), 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 3. Ange Mutsinzi, 18. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma. 
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 22. İldar Alekperov, 5. Stefan Aka, 70. İssa Cibrila, 23. Rafael Utziq, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 24. Yusuf Laval. 
Baş məşqçi: Rəşad Sadıqov. 
“Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 9. Kristian da Silva,  5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 80. Otto Con, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi. 
Baş məşqçi: Kurban Berdiyev.

Turun daha bir qolsuz oyunu Zirədə keçirildi. Mükafatçılar sırasında düşmək uğrunda mübarizə aparan “Zirə” ilə “Turan Tovuz” qol vurmağı bacarmadılar və meydandan 1 xalla ayrıldılar. Bəli, strateji baxımdan bu bir xalı qənimət saymaq olar. Çünki hər iki tərəf əsas rəqibinə uduzmadığına görə özünə təskinlik verə bilər. Amma fakt faktlığında qalır ki, “Zirə” ilə “Turan Tovuz” son zamanlar çox xal itirir. 17 tur ərzində hər iki komanda 9 dəfə büdrəyib. “Turan Tovuz” bu 9 oyununun yeddisində bərabərliklə kifayətlənibsə, “Zirə” düz 6 dəfə məğlb olub.
Kurban Berdiyevin komandası artıq lider “Qarabağ”dan 10 xal geridə qalır. Bununla belə 3-ci pillədə yer almaq qərb təmsilçisi üçün zəif təsəlli sayıla bilər. 27 xallı “Zirə” isə 4-cü pillədə qərarlaşıb.

"Neftçi" – "Kəpəz" 2:1 
Qollar:
Boqomolski, 3. Ozobiç, 23  -  Orxan  Əliyev,  78.
“Neftçi”: 1. Emil Balayev (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 4. Mark Tamaş, 44. Yuri Matias, 24. Mustafa Sek, 20. Alfa Konte, 77. Yeqor Boqomolski. 
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 30. Rustam Samigullin, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 99. Ervin Koffi, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin. 
Baş məşqçi: Samir Abasov. 
"Kəpəz": 1. Rojerio Santos, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 3. Mahamadu Ba, 10. Karim Lkouça, 77. Viktor Braqa. 
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov,  80. Tural Rzayev, 99. Əli Səmədov, 70. Nicat Suleymanov, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 19. Lassana Ndiaye. 
Baş məşqçi: Azər Bağırov.

Tarixi ilə öyünən “Neftçi” ilə “Kəpəz” bu dəfə autsayder statusu ilə üz-üzə gəldilər. İlk dövrədə “Kəpəz” “Neftçi”ni məğlub edib, Roman Qriqorçukun istefasına səbəb olmuşdu. Ehtimal etmək olardı ki, bu dəfə sevinən tərəf meydan sahibləri olacaq. Proqnozlar özünü doğrultdu. Amma bu qələbə “Neftçi”yə heç də asan başa gəlmədi. “Şamaxı” ilə oyundakı kimi qısa müddətdə 2 top üstünlüyü ilə önə keçən “ağ-qaralar” davamını gətirməyə çətinlik çəkdi. Hətta 78-ci dəqiqədə hesab arasındakı fərqi azaldan “Kəpəz” azı bir xal qazana da bilərdi. Amma Emil Balayevin ustalağı buna imkan vermədi. 
2:1 hesablı qələbə sayəsində “Neftçi” 1 pillə irəlilədi. 16 xallı “Neftçi” indi 7-ci pillədədir. 10 xallı “Kəpəz”in tək təsəllisi sonuncu yox, 9-cu sırada yer almasıdır.

“Qarabağ”– “Sumqayıt” 5:0
Qollar:
Musa Qurbanlı, 7; 34. Nəriman Axundzadə, 45+1. Redon Cica, 76. Toral Bayramov, 90+3.
“Qarabağ”: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov (k) 30. Abbas Hüseynov 27. Toral Bayramov 22. Musa Qurbanlı 90. Nəriman Axundzadə 66. Patrik Andrade 7. Yassin Benzia 2. Mateus Silva 15. Leandro Andrade 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 1. Şahrudin Məhəmmədəliyev 12. Sadiq Məmmədzadə 20. Riçard Almeyda 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 8. Marko Yankoviç 18. Olavio Juninyo 6. Julio Romao 19. Redon Cica 21. Aleksey Kaşuk
Baş məşqçi: Qurban Qurbanov
“Sumqayıt”: 1. Mehdi Cənnətov (k) 10. Rəhim Sadıxov 2. Sertan Taşkın 17. Murad Xaçayev 30. Kamran Quliyev 20. Ayxan Süleymanlı 66. Ruslan Əliyev 19. Roi Kehat 95. Miloş Miloviç 23. Cordan Rezabala 60. Tresor Mossi
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 56. Aftandil Arixov 6. Vüqar Mustafayev 41. Uğur Cahangirov 21. Nihad Əhmədzadə 24. Sənan Muradlı 64. Kənan Feyziev 12. Giorgi Karaişvili 9. Nikola Vuynoviç 5. Alan Dias
Baş məşqçi: Vaqif Cavadov

Vaqif Cavadovun gəlişindən sonra yüksəlişdə olan “Sumqayıt”ı “Qarabağ” göydən yerə endirdi. “Köhlən atlar” elə də çox güc sərf etmədən 5:0 hesablı qələbə qazandı. Musa Qurbanlının 34 dəqiqə ərzində “dubl” etməsi Qurban Qurbanovu sevindirməyə bilməz. Toral Bayramovun cərimə zərbəsindən vurduğu qol isə xeyli gözəl alındı. Bununla da “Qarabağ” Premyer Liqada rəqib tanımadığını, növbəti çempionluğuna doğru inamla addımladığını bir daha göstərmiş oldu.
Bir oyunu ehtiyatda olan “Qarabağ” 41 xalla zirvənin tək sahibidir. 6-cı pillədəki “Sumqayıt”ın 19 xalı var.

Amal Abuşov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:310
embedMənbə:https://fanat.az
archiveBu xəbər 17 Dekabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see357

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see263

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see261

“Abşeron Logistika” 2025 ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub

22 Sentyabr 2026 12:55see251

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see249

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see236

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see234

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see229

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see229

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see226

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see226

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see223

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see220

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see219

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see219

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see216

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see214

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see211

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see208

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri