Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Qarabağ qaziləri “Sputnik Azərbaycan”a ETİRAZ ETDİLƏR

Qarabağ qaziləri “Sputnik Azərbaycan”a ETİRAZ ETDİLƏR

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

"Qarabağ qaziləri” Birliyi "Sputnik Azərbaycan”ın baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılması ilə bağlı bəyanat yayıb.

AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, bəyanatda deyilir:

"Xəbər verildiyi kimi, Rusiyanın rəsmi informasiya agentliyi "Sputnik”in Azərbaycan bürosunun şef redaktoru, təcrübəli və istedadlı jurnalist Mətin Yaşaroğlu işdən çıxarılıb. Əldə etdiyimiz məlumatlara görə, M.Yaşaroğlu Sputnik Azərbaycandan məhz erməni təbliğatına qarşı olduğuna, ermənilərin maraqlarının birbaşa və ya dolayısı ilə təmin edilməsinə imkan vermədiyinə görə belə ədalətsizliklə üzləşib. Bu isə "Sputnik”in Moskvadakı erməni baş redaktoru Marqarita Simonyanın və agentliyin Azərbaycan ofisinin ermənipərəst direktoru Əziz Əliyevin (Onun da erməni qarışığı olduğu bildirilir) xoşuna gəlməyib.

Onu da qeyd edək ki, M.Yaşaroğlu ilə yanaşı, "Sputnik Azərbaycan”da çalışan, milli və dövlətçilik maraqlarına sadiq digər əməkdaşlara da həmişə xoş olmayan münasibət sərgilənib. Onu da dəqiq bilirik ki, agentlikdə çalışan kifayət qədər vətənpərvər və ədalətli jurnalistlər neçə illərdir erməni təbliğatına, imkanları daxilində, mane olublar. Düşünmək olardı ki, bu büronun erməni əsilli rəhbərinin əməlidir, amma M.Yaşaroğluyla bağlı baş verənlər göstərdi ki, bu Rusiya "Sputnik”inin məqsədi elə Azərbaycan bürosunda erməni təbliğatı aparmaq, Azərbaycan oxucusuna qarşı informasiya savaşında erməniyə kömək etməkdir. Unutmamalıyıq ki, müharibədə informasiya savaşı çox ciddi bir silahdır.

"Qarabağ qaziləri” birliyi baş verənlərə etiraz edir. Və tələb edirik ki, M.Yaşaroğlu dərhal yenidən öz işinə qaytarılsın, aegntliktdə erməni təbliğatı dayandırılsın! Əks təqdirdə kollektivində Azərbaycanın ləyaqətli övladlarının işləməsinə baxmayaraq, "Sputnik Azərbaycan” bağlansın. Erməni təbliğatına sinə gərən M.Yaşaroğlu və digər jurnalistlərimiz isə daha yüksək əməkhaqqı, daha yaxşı şərtlərlə digər işlərlə təmin edilsin!

Təəssüflə bildirməliyik ki, son günlər Azərbaycanda erməni təbliğatının güclənməsini müşahidə edirik. Vəziyyət o həddə gəlib çıxıb ki, "azərbaycanlı” bildiyimiz jurnalist Ermənistana gedib-gəlir və ölkəmizdə açıq-aşkar ermənilərin təbliğatın aparır. Onu tənqid etmək əvəzinə, bəzi qəzetlər və saytlar onun erməni təbliğatını eninə-boyuna təbliğ edir. Çox təəssüf! Ermənilər də bizim "azərbaycanlıların” əli ilə ölkəmizə qarşı savaşı daha da kəskin şəkildə davam etdirir. 

Bütün bunları nəzərə alaraq biz Qarabağ qaziləri dövlətimizin təhlükəsizlik və hüququ mühafizə orqanlarından məsələni ciddi şəkildə nəzarətə götürməyi xahiş edirik!”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 14 İyul 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri