Icma.az
close
up
RU
QARABAĞ QAZİLƏRİNDƏN PREZİDENTƏ MÜRACİƏT ​​​​​​​Vüqar Məmmədovun həbsdən azad olunmasını xahiş edirlər

QARABAĞ QAZİLƏRİNDƏN PREZİDENTƏ MÜRACİƏT ​​​​​​​Vüqar Məmmədovun həbsdən azad olunmasını xahiş edirlər

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qarabağ Qaziləri “Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovun qanunsuz həbs olunması ilə əlaqədar Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova və Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıblar. Müraciətin mətnini olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Hörmətli Birinci vitse-prezident!

Sizin Qarabağ qazilərinə, əlil, şəhid ailələrinə böyük diqqət və qayğınızı, humanistliyinizə, mərhəmətinizə bel bağlayıb, hazırda DTX-nın istintaq təcridxanasında saxlanılan savaş dostumuz Qarabağ qazisi, jurnalist, “Hürriyyət” media qrupunun rəhbəri Vüqar Tofiq oğlu Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin həbslə bağlı olmayan tədbirlə əvəzlənməsini xahiş edirik.

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının başlıca məqsədi cəza siyasətinin humanistləşdirilməsi, həbslə bağlı olmayan alternativ qətimkan tədbirlərinin seçilməsinin təmin edilməsidir. Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan növlərinin seçilməsi mümkünlüyünün araşdırılması Sərəncamın 12.1 bəndi ilə Baş prokurorluğa tövsiyə edilib. Məhkəmələrə tövsiyə edilib ki, həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar.

Müdafiəsində olduğumuz Vüqar Tofiq oğlu Məmmədovun dövlətimizin ərazi bütövlüyü, Konstitusiya quruluşunun müdafiəsində xidmətləri ona qarşı ədalətli, humanist yanaşmanı zəruri edir. Vüqar Məmmədovun nə istintaqdan yayınmaq, nə ölkədən qaçmaq fikri var, kiməsə təzyiq etməsi isə mümkünsüzdür. Eyni zamanda, ağır sağlamlıq durumu həbsxana şəraitində ən ağır nəticəyə səbəb ola bilər.

Sizdən Vüqar Tofiqoğlunun Qarabağ qazisi, jurnalist olmasını, ağır sağlamlıq durumunu nəzərə alıb, həbs qətimkan tədbirinin dəyişdirilməsini təmin etməyinizi xahiş edirik.

Hörmətlə, Məğrur Bədəlsoy, komitənin baş katibi, 1-ci dərəcəli Qarabağ əlili (qazi), bağımsız jurnalist”.

“Hürriyyət”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Noyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri