Icma.az
close
up
RU
“Vüqar Məmmədovun həbsdə olması haqqın cəzalandırılmasıdır” BAŞ REDAKTORUN AİLƏSİNDƏN PREZİDENTƏ MÜRACİƏT

“Vüqar Məmmədovun həbsdə olması haqqın cəzalandırılmasıdır” BAŞ REDAKTORUN AİLƏSİNDƏN PREZİDENTƏ MÜRACİƏT

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) qanunsuz həbsi ilə bağlı ailə üzvləri Prezident İlham Əliyevə müraciət edib. Hurriyyet.az həmin müraciəti olduğu kimi dərc edir:

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

MÜRACİƏT

Hörmətli Prezident!

Biz, Vüqar Tofoq oğlu Məmmədovun ailə üzvləri olaraq, Sizə bu müraciəti həm bir ailənin ağrısını, həm də ədalətə inanan vətəndaşların səsi kimi çatdırırıq. Məqsədimiz bir insanla bərabər, ədalətin özünün azadlığı uğrunda sizə müraciət etməkdir.

Cənab Prezident!

29 oktyabr 2025 -ci il tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Vüqar Məmmədov əvvəlcə "sosial problemləri qabartmaqla xalqı narazı salmaq və dövlət orqanlarını gözdən salmaq" kimi əsassız ittihamla tutulmuş, daha sonra isə tamamilə fərqli bir maddə - "hədələməklə tələb etmə" (Cinayət Məcəlləsinin 182.2.4 maddəsi) ilə məsuliyyətə cəlb edilmişdir. İlkin ittihamla sonrakı hüquqi əsaslar arasındakı ziddiyət bu işdə obyektivlik və ədalət prinsipinin pozulmasını ciddi şəkildə gündəmə gətirir.

Bu gün Vüqar Məmmədovun ailəsi olaraq, biz, qanunun adından ədalətsizliyə şahidlik edirik. Vüqar Məmmədovun həbsi sadəcə bir cinayət işinin deyil, vicdanın və haqqın sınağına çevrilib.

Hörmətli Prezident!

Son vaxtlar dövlətimizin daxilindəki xəyanətkar şəbəkənin və nəhəng korrupsiyaya bulaşmış məmurların ifşası istiqamətində  verdiyiniz göstəriş çərçivəsində, vətənə xəyanət və dövlət büdcəsindən milyonları mənimsəyən yarıtmaz məmurların məsuliyyətə cəlb olunması xalq tərəfindən ədalətin təntənəsi kimi qarşılanır. Lakin həmin şəxslərin barəsində çıxarılan ev dustaqlığı qərarı ilə müqayisədə, ədalət və dövlətçiliyə xidmət istiqamətində əsl vətəndaş mövqeyi nümayiş etdirən Vüqar Məmmədovun barəsində 3 ay 13 gün həbs qətimkan tədbirinin seçilməsi təkcə Vüqar Məmmədovun deyil, qanunun, ədalətin və vətəndaş mövqeyinin həbsi kimi qiymətləndirilməkdədir.

Cənab Prezident!

Vüqar Məmmədov saxlanıldığı gündən bu günədək ailəsi ilə görüşmək və əlaqə saxlamaq hüququndan qanunsuz olaraq məhrum edilib. Halbuki, o, ağır ürək və yüksək qan təzyiqi xəstəsidir, daimi olaraq tibbi nəzarətə ehtiyacı var.

31 oktyabr 2025-ci ildə Səbael Rayon Məhkəməsində keçirilən proses zamanı anidən halı pisləşmiş Vüqar Məmmədova tibbi yardımın göstərilməməsi yalnız hüquqi deyil, insani baxımdan da qəbuledilməzdir. Bu, Konstitusiyanın şəxsi toxunulmazlıq, sağlamlıq hüququna dair müddəalarının, eləcə də Cinayət Prosessual Məcəlləsinin açıq şəkildə pozulmasıdır.

Ədalət mühakiməsi qarşısında müdafiəsini təmin etmək iqtidarında olmayan, tibbi yardıma ehtiyacı olan birinə ittiham irəli sürərək məsuliyyətə cəlb edən məhkəmənin qərarı qərəzli, ədalətsiz və qanunsuzdur. Belə bir hal baş verdiyi şəraitdə isə məhkəmələrin qanunazidd, ədalət prinsipindən uzaq mühakimə irəli sürməsini düşünməmək mümkün deyil.

Hörmətli Prezident!

Vüqar Məmmədov ictimai fəal kimi Sizin şəffaflıq, məsuliyyət və ictimai nəzarət çağırışlarınızı rəhbər tutmuşdur. O, dövlətə qarşı yox, ədalətsizliyə, məmur özbaşınalığına qarşı dayanmışdır. Bu gün onun həbsdə olması haqqın cəzalandırılması, sükutun və haqsızlığın mükafatlandırılması kimi görünür. Halbuki, Vüqar Məmmədovun yeganə "günahı" cəmiyyətin problemlərini dilə gətirmək, haqq və ədalətə, dövlətə sadiq qalmaqdır.

Cənab Prezident!

Biz inamla deyirik: Vüqar Məmmədov heç bir qanunsuz fəaliyyətlə məşğul olmayıb. Əksinə, o, dövlətə sədaqətlə xidmət edən, Vətənini sevən, dövlətinə bağlı vətəndaşdır. Onun həbsi, dövlətin şəffaflıq və ədalət prinsipinə inanan minlərlə insanın inamına kölgə salır.

Bu baxımdan, Sizdən xahiş edirik ki, Vüqar Məmmədovun saxlanılması və barəsində seçilmiş həbs qətimkan tədbirinin qanuniliyinin şəxsən Sizin nəzarətiniz altında araşdırılmasına göstəriş verəsiniz. Əgər bu işdə hər hansı qərəz, sifariş və ya  hüquqazidd hal mövcuddursa, onun dərhal aradan qaldırılmasını təmin edəsiniz.

Biz inanırıq ki, Sizin ədalətiniz - bir ailənin ümidini, bir insanın azadlığını və bir millətin inamını geri qaytara bilər.

Bu müraciəti Sizə sadəcə Vüqar Məmmədovun ailəsi kimi deyil, haqqa, ədalətə inanan vətəndaşlar kimi ünvanlayırıq.

Hörmət və ümidllə Vüqar Məmmədovun ailə üzvləri”.

Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Noyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see329

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see237

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see205

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see152

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see151

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri