Icma.az
close
up
RU
Qarabağ qazisi məhkəməyə müraciətinə görə cərimə edilib FOTO

Qarabağ qazisi məhkəməyə müraciətinə görə cərimə edilib FOTO

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Bakı Apellyasiya Məhkəməsindən qaziyə 400 manatlıq “Novruz cəriməsi “hədiyyəsi”

Ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiyanın 60-cı maddəsində doğrulanıb: “Hər kəsin hüquqlarının və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraatda və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.2 maddəsinə görə, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsız sayılır. Konstitusiyanın, mülki prosessual qanunvericiliyin tələblərini diqqətə çatdırmaqda amacımız Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının məhkəməyə müraciət hüququna kobud qadağa qoymasından, hətta konstitusion hüquqdan yararlanan qazi-vətəndaşa 400 manat cərimə tətbiq etməsindən media yolu ilə 2025-ci ili “Konstitusiya və suverenlik ili” elan edən Prezidenti,   ali dövlət hakimiyyəti orqanlarını bilgiləndirməkdir.

Bakı Apellyasiya Məhkəməsinin Xumar Mərdanova, Sabit Bəhrəmzadə, Vahid Sadıqovdan ibarət üçlüyünün 18.03.2025 tarixli 1-ci dərəcəli Qarabağ qazisinə MPM-in 174.5 maddəsi əsasında 100 manat “güzəştlə” 400 manat cərimə tətbiq etməsindən,  cərimə aktı üzrə  19.03.2025-ci ildə “icra vərəqi” tərtib etməsindən,   “Novruz axşamı hədiyyə-cəriməsi”ndən təsadüfən on gün sonra xəbər tutmuşuq. Gec duyuq düşməyimiz məhkəmənin günahıdır, nə sms-bildirişlə, nə də emaillə bilgi verməyiblər, gizlin  cərimə “hədiyyəsi” yolu seçiblər. Bu gizlilik “sağ əlin verdiyini sol əlin bilməməsi” prinsipindən qaynaqlanır.

Bəs MPM-in 174.5 maddəsində nə yazılıb ki, xəstə yatağındakı 1-ci dərəcəli Qarabağ qazisinə ən çoxu 500 manatlıq cərimənin 400 manatı tətbiq olunub? (Buna da şükür, 100 manat güzəşt edilib; çox “nazik”, “humanist” aktdır) MPM-in 174.5 maddəsi: “Məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİ, onların nümayəndələrini və vəkillərini 500 manatadək cərimə edə bilər”. Qərardaddan şikayətə yazılı icraat qaydasında, yəni tərəfləri çağırmadan və iclas keçirmədən baxan  Bakı Apellyasiya Məhkəməsi İŞDƏ İŞTİRAK ETMƏYƏN  1-ci dərəcəli Qarabağ əlilinin işə düzgün və tezliklə baxılmasına, onun həll edilməsinə aşkar maneçiliyini, dəfələrlə əsassız vəsatət , şikayətlər verməsini necə aşkarlaya bilib? Bəlkə 1-ci dərəcəli Qarabağ əlili xəstə yatağından məhkəmənin cərimə yazan əlini tutub, yazılı icraata maneçilik törədib? Absurd deyilmi? Məhkəmənin absurd cərimə qərarını əsaslandırmasının özü Konstitusiyaya ziddir: “Ərizəçi TƏKRARƏN EYNİ MƏZMUNLU İDDİA ƏRİZƏ İLƏ , o cümlədən DƏFƏLƏRLƏ ŞİKAYƏTLƏRLƏ MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİYİNDƏN 400 manat MĞBLƏĞİNDƏ CƏRİMƏ EDİLSİN”. Harada, hansı kitabda, hansı məcəllədə, hansı konstitusiyada yazılıb ki, məhkəməyə təkrar müraciət etmək, razı olmadığın aktdan şikayət vermək qanun-qayda pozuntusu olsun və inzibati cərimə tətbiq olunsun?

Biz Konstitusiyanı da tam oxuduq, MPM-i də, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin Plenum qərararlarına da baxdıq, belə cərimə “hədiyyəsi” tapa bilmədik. Bəlkə Məhkəmə Hüquq Şurası tapdı? Qeyri-prosessual, sifarişli cərimə qərarından Prezidentə də, 1-ci vitse-prezidentə də, Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədrinə də şikayət edilib. Hələ üstəlik Heydər Əliyev Fondundan cəriməni ödəməyə yardım etməsi xahiş edilib. Axı məhkəmə qərarları dövlətin adından çıxarılır və dövlət başçılarına şikayətə görə də cərimə tətbiq etmək məhkəmənin qələmində su içmək qədər asandır…

Məğrur BƏDƏLSOY

P.S. 1-ci dərəcəli Qarabağ əlili, ümumiyyətlə, iddia ərizəsi yox, döyüşlərdə yaralanma, müalicədə olma barədə sənədlərin ona məxsus olması hüquqi faktının müəyyən olunmasına ərizə verib. Bu hüququ ona Konstitusiya, MPM, “Ali Məhkəmə Plenumunun “Xüsusi əhəmiyyəti olan faktların müəyyən olunmasına dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli Qərarı verir. Məhkəməyə “təkrarən eyni məzmunlu ərizə ilə müraciət etmək” də elə MPM-də, Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının 15.4-cü bəndində yazılıb: “…ŞƏXSİ EYNİ TƏLƏBLƏ ÜMUMİ QAYDADA MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏK HÜQUQUNDAN MƏHRUM ETMİR”. Eyni ərizəyə, eyni işə 9 dəfə eyni hakimin təyin edilməsi (və anında geri qaytarılması aktı) isə nə MPM-də yazılıb, nə qanunda, nə də Konstitusiyada.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Aprel 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri