“Qarabağ” “Sabah” matçındakı azarkeşliyi şişirtmək “tupoy”luqdur” Samir Abasov
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov qalmaqallı açıqlama ilə diqqət çəkib.
“Qafqazinfo” Sportnet.az-a istinadən xəbər verir ki, o, Misli Premyer Liqasında keçirilən “Qarabağ” – “Sabah” (3:3) görüşündən danışıb.
S.Abasov matça gələn azarkeş sayının çox olmasının müzakirə edilməsini “tupoy”luq adlandırıb: “Sabah” komandası geridönüşlə qələbəni əldən verən nə ilk, nə də sonuncu komandadır. Çempionlar Liqasının pley-off mərhələsində “Borussiya” (Dortmund) Almaniyada “Atalanta”nı 2:0 hesabı ilə udduğu halda, cavab görüşündə 1:4 hesabı ilə uduzdu. Belə şeylər olur da... Normaldır. “Sabah”a afərin, çox yaxşı oynadı. Xüsusən, ilk yarıdakı çıxışı çox xoşuma gəldi. “Qarabağ”a da afərin. Çünki çox yorğun vəziyyətdə, zədəli və cəzalı oyunçularının olmasına baxmayaraq, xarakter göstərdi və hesabı 3:3 etdi.
Hər iki komandaya təşəkkür edirəm. Sadəcə, azarkeşləri “ay bu qədər idilər” deyə şişirtmək mənə çatmadı. Bu sözlərimin qış, yay bilmədən daim sevimli komandalarının yanında olan, oyunlarına gələn azarkeşlərə aidiyyəti yoxdur. Çünki “Sabah” da, “Qarabağ” da, məsələn, “Karvan-Yevlax”la oynasaydı, onlar gələcəkdilər. Əksinə, məncə, çempionluğa oynayan iki komandanı böyük hissəsi boş tribunalar önündə görmək üzücüdür. Bu, azarkeşlik baxımından bizim futbolumuzdur, reallığımızdır. Ona görə də azarkeş məsələsini şişirtmək absurddur. Kim deyirsə, bu, “tupoy”luqdan başqa bir şey deyil. Əksinə, tribunaların dolmasını gözləyirdim. Görünən budur ki, bizim futbola maraq yoxdur ki, yoxdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 04 Mart 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















