Icma.az
close
up
RU
“Qarabağ” “Şamaxı”nın qalib gəldiyi məkanda: İsveç klubları ilə 10cu duel İdman və Biz

“Qarabağ” “Şamaxı”nın qalib gəldiyi məkanda: İsveç klubları ilə 10cu duel İdman və Biz

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Bu gün Avropa Liqasının Liqa mərhələsində VI tura yekun vurulacaq.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” 2024-cü ildə son avrokubok sınağına çıxacaq.

Qurban Qurbanovun komandası İsveç təmsilçisi “Elfsborq”un qonağı olacaq. Bu, iki rəqib arasında ilk avrokubok dueli olacaq.

“Boras Arena”dakı qarşılaşma Azərbaycan və İsveç klubları arasında ümumilikdə 10-cu görüş olacaq. İki ölkə təmsilçiləri indiyədək 9 dəfə üz-üzə gəliblər. Qarşıdakı matç yubiley - sayca 10-cu belə duel olacaq.

Əvvəlki qarşılaşmalarda təmsilçilərimiz üstünlüyə malikdirlər. 6 qələbə qazanan komandalarımız 3 dəfə uduzublar. Maraqlıdır ki, 9 matçın heç birində heç-heçə qeydə alınmayıb. 11 qol vuran klublarımız 5 top buraxıblar.

Bu 9 oyundan 7-si “Qarabağ”ın hesabındadır. Qurbanovun komandası skandinaviyalılara 5 dəfə qalib gəlib və 2 dəfə uduzub. 10 qol vuran Ağdam klubu cəmi 4 top buraxıb.

Təmsilçimiz bu 7 oyunu 4 fərqli rəqibə qarşı keçirib. Qurbanovun komandası iki dəfə rəqibini mübarizədən kənarlaşdırıb, digər üç görüş qrup və liqa mərhələlərinə təsadüf edib.

Son belə qarşılaşma 70 gün öncə baş tutub. “Qarabağ” cari mövsüm Liqa mərhələsinin II turunda “Malmö”nü qəbul edib. Oktyabrın 3-dəki matçda qonaqlar qalib gəliblər – 2:1.

Ağdam təmsilçisi həm həmin məğlubiyyətin, həm də “İnter”in “Elsborq”dan aldığı yenilginin revanşını almalıdır. “Qarabağ”ın indiki rəqibi 10 il əvvəl Bakı klubunu mübarizədən kənarlaşdırıb. İndi “Şamaxı” adlanan “İnter” səfərdə qalib gəlsə də, evdə üstünlüyünü əldən verərək penaltilərlə uduzub. “Qarabağ” digər klubumuzun qalib gəldiyi arenada eyni uğuru təkrarlamaq üçün “Boras Arena”ya çıxacaq.

2013/14 mövsümü, Avropa Liqası
“Qarabağ” – “Gefle” – 1:0, 2:0
2014/15 mövsümü, Avropa Liqası
“Elfsborq” – “İnter” – 0:1, 1:0, p. 4:3
2016/17 mövsümü, Avropa Liqası
“Höteborq” – “Qarabağ” – 1:0, 0:3
2023/24 mövsümü, Avropa Liqası
“Haken” – “Qarabağ” – 0:1, 1:2
2024/25 mövsümü, Avropa Liqası
“Qarabağ” – “Malmö” – 1:2

Qeyd edək ki, “Elfsborq” – “Qarabağ” oyunu bu gecə saat 00:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Dekabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see224

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see193

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see147

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri