Icma.az
close
up
RU
“Qarabağ” üçün Sofiyada xüsusi plan: “Bütün stadion qırmızıya boyanacaq” in İCMALI

“Qarabağ” üçün Sofiyada xüsusi plan: “Bütün stadion qırmızıya boyanacaq” in İCMALI

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bolqarıstanın ÇSKA klubu bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”ı mümkün qədər güclü ev atmosferi ilə qarşılamağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, Sofiya təmsilçisi matçdan bir neçə saat əvvəl “Vasil Levski” Milli Stadionunun ətrafında azarkeşlər üçün genişmiqyaslı tədbir təşkil edəcək.

Bakı vaxtı ilə saat 19:00-dan 21:30-dək “B” sektorunun qarşısında “Ordu naharı” adlı xüsusi fan-zona fəaliyyət göstərəcək. Burada uşaqlar və böyüklər üçün oyunlar, müsabiqələr, hədiyyələr və müxtəlif əyləncələr təşkil olunacaq. ÇSKA-nın əsas komandasının futbolçularından biri azarkeşlərlə görüşəcək, avtoqraf verəcək və xatirə şəkilləri çəkdirəcək. Bundan əlavə, klubun səyyar mağazası fəaliyyət göstərəcək, fan-kartların rəsmiləşdirilməsi məntəqəsinin iş vaxtı isə Bakı vaxtı ilə saat 22:00-dək uzadılıb.

Klub rəhbərliyi bu proqramın əsas məqsədlərindən birinin azarkeşləri əvvəlcədən stadiona cəlb etmək və mövsümün ən vacib qarşılaşmalarından biri üçün xüsusi atmosfer yaratmaq olduğunu gizlətmir.

ÇSKA sosial şəbəkələrdə azarkeşlərinə belə müraciət edib: "Avropa bizim səhnəmizdir. ÇSKA belə oyunlar üçün yaradılıb. Bütün stadion qırmızı olacaq!"

Sofiya klubunun “Sektor G” fan qrupu da baş məşqçi Xristo Yanevin işi ilə bağlı əvvəlki narazılıqları bir kənara qoyaraq, “Qarabağ”la matçda komandaya tam dəstək verməyə çağırıb.

“Qoy stadion elə titrəsin ki, birləşmiş qırmızı icmanın gücünü Xəzər dənizinin sahillərində belə hiss etsinlər”, - fanatların müraciətində deyilir. “Sektor G”nin lideri İvan Velçev isə Bakıda keçirilən 0:0 hesablı ilk oyundan sonra "Növbəti matçda stadion dolmalıdır və onları evə məyus göndərməliyik" sözlərini yazıb.

ÇSKA-nın bu mövsüm Avropa Liqasındakı ilk ev oyunu - “Derri Siti” ilə qarşılaşmanı 12 713 tamaşaçı izləyib. Bu göstərici həmin vaxt avrokubokların ən çox izlənilən dördüncü oyunu olub. “Vasil Levski” stadionunun tutumu isə təxminən 43 min nəfərdir.

“Qarabağ”la matç üçün klub xüsusi kolleksiya proqramı da hazırlayıb. Buraya komandanın yeni transferi Stefano Sensi ilə müsahibə, rəqib haqqında məlumatlar, komanda posteri, yeni fan-kartın təqdimatı və ÇSKA-nın avrokuboklarda tarixinin 101-ci qələbəsini qazanmaq şansı barədə material daxil edilib.

Sofiyada müzakirə olunan əsas mövzulardan biri də stadionun ot örtüyüdür. Son 72 saat ərzində arenada üç rəsmi oyunun keçirilməsi planlaşdırılıb, üç gün sonra isə ÇSKA burada yenidən ölkə çempionatının oyununa çıxacaq. Yayda tamamilə yenilənən meydançanın vəziyyəti klubda narahatlıq doğurur. "Derri Siti" ilə ilk ev oyunundan sonra da örtüyün keyfiyyəti tənqid edilmişdi.

Maraqlıdır ki, “Qarabağ” Sofiyaya gəldikdən sonra “Vasil Levski” stadionunda meydança ilə tanış olsa da, burada tam məşq keçməyib. Ağdam klubunun bu qərarının ot örtüyünün vəziyyəti ilə bağlı olub-olmadığı barədə rəsmi məlumat verilməyib.

Matç öncəsi bukmekerlərin proqnozları da dəyişib. Püşkdən sonra və ilk oyundan əvvəl ÇSKA-nın mərhələ adlama ehtimalına 2,05, “Qarabağ”a isə 1,70 əmsalı verilirdi. Bakıda qeydə alınan 0:0 hesablı heç-heçədən sonra vəziyyət dəyişib. Böyük bukmeker şirkətlərindən birində ÇSKA-nın növbəti mərhələyə yüksəlməsi 1,80, "Qarabağ"ın isə 2,00 əmsalı ilə qiymətləndirilir. Bəzi şirkətlər isə komandaların şanslarını demək olar ki, bərabər hesab edir.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz heç-heçə ilə başa çatıb. Bu gün “Vasil Levski” stadionunda keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. “Qarabağ” azarkeşləri üçün arenada 800 yer ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 İyul 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri