Qarabağ Universiteti ilə Çin ali məktəblərinin əməkdaşlıq imkanları müzakirə olunub
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov Kəmər və Yol Universitetləri Alyansının (UAB&R) 2024-cü il Forumu çərçivəsində Çinin bir sıra universitetlərində olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Şahin Bayramov Lançjou Universiteti, Şimal-Qərb Normal Universiteti, Lançjou Maliyyə və İqtisadiyyat Universitetinin rektorları ilə potensial əməkdaşlıq imkanlarını müzakirə edib.
Görüşlərin keçirilməsində məqsəd müxtəlif akademik sahələrdə əməkdaşlıq imkanlarını araşdırmaq, mübadilə proqramları, tədqiqat layihələri və akademik fəaliyyətlərin genişləndirilməsi üzrə strategiyaları inkişaf etdirməkdir.
Qeyd edək ki, beynəlxalq əməkdaşlığın inkişafı Qarabağ Universitetinin prioritetlərindən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 04 Noyabr 2024 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















