Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişaf dövrünü yaşayır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişaf dövrünü yaşayır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son iki  ilədək 140 mindən çox vətəndaşımız öz doğma yurdlarına geri dönəcək

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;


Qarabağ və Şərqi Zəngəzurda biznes üçün əlverişli mexanizmlərin yaradılması, vergi, gömrük, sosial sığorta və digər güzəştlər regionun iqtisadi potensialının reallaşmasında mühüm rol oynayır. Azad edilmiş ərazilərimizin iqtisadi reinteqrasiyası ölkənin dayanıqlı inkişafına geniş imkanlar vəd edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznes üçün əlverişli mexanizmlərin yaradılması, sahibkarlıq fəaliyyətinin təşviqi, tətbiq edilən vergi, gömrük, sosial sığorta və digər güzəştlər regionun inkişafında və biznes cəlbediciliyinin artırılmasında önəmli rol ifa edir.

 "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri xüsusi qeyd edilməlidir. Bölgədə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad edilib. Regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət (gəlir), torpaq, əmlak və sadələşdirilmiş vergidən də azad olunub. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində sahibkarlıq subyektlərini banklardan əldə etdikləri kreditlər üzrə zəmanət və subsidiya ilə təmin edir. Qarabağ və Şərqi Zəngəzurun zəngin təbii ehtiyatları mədənçıxarma, kənd təsərrüfatı, yaşıl enerji və s. sahələrin inkişafı üçün böyük potensiala malikdir. Bölgədə biznes üçün güzəşt və azadolmalar, həmçinin güzəştli kredit, kredit-zəmanət və subsidiya mexanizmləri, digər dəstək tədbirləri tətbiq edilir. Eyni zamanda, bölgədə rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalı, investorlar üçün əlverişli biznes mühitinin təmin edilməsi məqsədilə yaradılmış Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları bölgənin sənayeləşməsində mühüm faktora çevrilməkdədir. Ağdam Sənaye Parkı yaradıldığı qısa müddət ərzində rezident sayına görə ölkəmizdəki sənaye parkları arasında ikinci yerə yüksəlib. Sənaye parkında 28 rezident, 4 qeyri-rezident fəaliyyət göstərir. Sənaye parkının 70 faizə yaxın hissəsi sahibkarların istifadəsinə verilib. Sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 107 milyon manat investisiya yatırılıb, 450-dən çox daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, ixrac edilir. Sənaye parkında indiyədək sahibkarlar tərəfindən 22,3 milyon manatlıq məhsul satışı həyata keçirilib. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub. Bu sənaye parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir. Sənaye parkının investisiya portfeli 130 milyon manatdan çox 16 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 18 sahibkarlıq subyekti tərəfindən sənaye parkında 1800-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Parkın artıq 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. İndiyədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın iş yeri yaradılıb. Parkda 1 müəssisə fəaliyyət göstərir, 6 müəssisənin isə tikintisi aparılır. Martın 1-dək işğaldan azad edilmiş ərazilərdə mövcud olan sənaye parklarının rezidentlərinə idxal olunan texnika, texnoloji avadanlıqlar, eləcə də xammala görə 123 təsdiqedici sənəd verilib ki, bu sənədlər əsasında müəssisələr üçün təqribən 7,4 milyon manat dəyərində vergi və rüsumlardan azadolma tətbiq olunub. Sosial-iqtisadi münasibətləri daha səmərəli etmək, sakinlərin xidmət və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün dövlət başçısının təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası həyata keçirilməkdədir. İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində Zəngilan rayonunda Prezident İlham Əliyev tərəfindən qoyulub, kənd hazırda məskunlaşıb. Həmçinin dövlət başçısı tərəfindən 2021-ci ilin oktyabr ayında ikinci “Ağıllı kənd” konsepsiyası əsasında Füzuli rayonunda bir neçə kəndi birləşdirən Dövlətyarlı kəndinin təməli qoyulub. Kənddə yaşıl və alternativ enerjidən istifadə, "ağıllı idarəetmə" sistemi tətbiq ediləcək və “Ağıllı kənd” təsərrüfatı sahəsi fəaliyyət göstərəcək. Onu da qeyd edək ki, “Qarabağ İnşaat Mərkəzi” MMC İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının qeyri-rezidenti kimi qeydiyyata alınıb. Məlumata görə, bununla da Ağdam Sənaye Parkında qeyri-rezidentlərin sayı 5-ə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə qeyri-rezidentlərin sayı 3-ə çatıb. Ümumi dəyəri 9 milyon manat olan layihələr çərçivəsində bu iki sənaye parkında tikinti materiallarının satış mərkəzlərinin qurulması nəzərdə tutulur.

Ağdam Sanaye Parkında 33 rezident qeydiyyata alınıb. 2024-cü ildə Parkda 9 müəssisə fəaliyyətə başlayıb, 22,3 milyon manat dəyərində məhsul istehsal edilib, bunun 20 min manatlıq hissəsi ixrac olunub. "Araz Vadisi İqtisadi Zonası" Sanayə Parkında isə 17 rezident qeydiyyata alınıb. Onların 1-i fəaliyyət göstərir.  


Millət vəkili Azər Badamov "Sherg.az"a adeyib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişaf dövrünü yaşayır. Deputat vurğulayıb ki, torpaqlarımız azad edilən ilk gündən Azərbaycan dövləti öz iqtisadi gücü hesabına bu ərazilərdə bərpa-quruculuq işlərinə başlanılıb: 

"Cənab Prezidentin sərəncamı ilə 2022-2026-cı illəri əhatə edən "Böyük Qayıdış"a dair Dövlət Proqramı təsdiq olundu. Bu proqram çərçivəsində 2026-cı ilədək 140 mindən çox vətəndaşımız öz doğma yurdlarına geri dönəcək. Bu proses sürətlə davam etdirilir və hər il dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılır. Bugünədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işlərinə 23 milyard manat vəsait ayrılıb. Məhz görülən işlərin nəticəsidir ki, bugün işğaldan azad olunmuş Qarabağ, Şərqi Zəngəzur rayonlarının yol infrastrukturu müasirləşib, başa çatmaq üzrədir. Əsas istiqamətlərdə müasir avtomobil yolları tikilib. İki beynəlxalq hava limanı istifadəyə verilib, artıq üçüncü hava limanının tikinti işləri başa çatmaq üzrədir. O cümlədən Ağöbəndədək dəmiryollarının çəkilməsi, Ağdamı, Bərdəni, Xankəndini birləşdirən yolların çəkilməsi, yenidənqurulması istiqamətində işlər görülür. Həmçinin, Qarabağ və Şərqi Zəngəzurda sosial infrastrukturun yaradılması da sürətlə aparılır". 


Parlament üzvü vurğulayıb ki, son dönəmlərdə davamlı olaraq insanlarımızın qrup-qrup öz yurdlarına geri dönüşünün, orada məskunlaşmasının şahidi olmaqdayıq:


 "Novruz bayramı günlərində cənab Prezident Ballıca kəndinə səfər etdi və orada sakinlərlə görüşdü. Ramazan bayramı günündə isə dövlət başçısı Ağdamın Sarıcallı kəndinə oldu. Bugün yüzminlik Ağdam şəhəri yenidən tikilir. Ağdamda daş-daş üstə qalmamışdı, amma indi orada müasir, yeni yaşayış kompleksləri ucaldılır. Yaxın dövrdə Ağdama keçmiş məcburi köçkünlərin qayıtmasını görəcəyik. O cümlədən, Füzuli şəhərinə də mərhələli şəkildə köçlər davam edir. Şuşa şəhəri mərhələli şəkildə yenidən qurulur. Milli-tarixi üslubu qorunub saxlanılmaqla binalar yenilər, məktəblər, tibb müəssisələri açılır. İndiyədək 13 mindən çox keçmiş məcburi köçkün öz yurdlarına geri dönüb, öz torpaqlarında, evlərində firavan həyatlarını davam etdirirlər. Bu, təbii ki, ilk növbədə Azərbaycan dövlətinin gücüdür. Cənab Prezidentin mütəmadi Qarabağ və Şərqi Zəngəzura səfərləri, orada aparılan işlərə birbaşa nəzarəti çox mühüm məqamdır. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra dövlət başçısının Qarabağ və Şərqi Zəngəzura yüzlərlə səfərləri reallaşıb. Nəzərə alaq ki, cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində yeni obyektlərin, yolların təməli qoyulur, yaxud açılışı edilir. Ümumən, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir və hərtərəfli infrastruktur qurulur. Bu da Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi-sosial dirçəlişinə və inkişafına səbəb olur". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Aprel 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see174

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see146

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri