Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları 100 faiz yaşıl enerji ilə təchiz edilir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları 100 faiz yaşıl enerji ilə təchiz edilir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xankəndi, 30 may, Tahir Ağaməmmədov, AZƏRTAC

“Azərenerji” ASC tərəfindən Qarabağ və Şərqi Zəngəzurda 1 ədəd 330 kV-luq, 12 ədəd 110 kV-luq yarımstansiya tikilib, 1000 kilometrədək 330-110 kV-luq iki dövrəli elektrik verilişi xətləri çəkilib. İşğaldan azad edilən ərazilərdə tikilən ilk qapalı tipli yarımstansiya olan 110/35/10 kV-luq 2x63 MVA gücündə "Xankəndi-1" yarımstansiyasında hazırda son tamamlanma işləri aparılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu "Azərenerji" ASC-nin sədrinin müşaviri Vüqar Əliyev Xankəndidə keçirilən Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclasında deyib.

V.Əliyev bildirib ki, Şuşa şəhərindən Xankəndiyə çəkilən 110 kV-luq iki dövrəli 12 kilometr uzunluqdakı xəttin Xankəndi şəhəri ərazisinə düşən 2 kilometrlik hissəsi yeraltı kabel xətti ilə çəkilib.

İcra olunmuş işlər nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları cənub istiqamətində 110 kV-luq "Şükürbəyli”, şərq istiqamətində 330 kV-luq "Ağcabədi" və "İmişli", şimaldan isə 110 kV-luq "Gəncə” yarımstansiyaları olmaqla, ümumilikdə, 4 fərqli nöqtədən ölkə enerjisisteminə qoşulub və dayanıqlı elektrik enerjisi təchizatı təmin edilib.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi barədə tapşırıqlarına əsasən, 276,6 MVt gücdə 34 KSES istismar olunur. Yeni layihələrin icrasının başa çatması ilə KSES-lərin ümumi sayı 38-ə, gücü 307 MVt-a yüksəldilib.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları istismar edilen KSES-lər hesabına ilin bütün fəsillərində 100 faiz yaşıl enerji ilə təchiz edilir, artıq qalan enerji ölkə enerji sisteminə ötürülür.

İcra olunan yaşıl enerji layihələri hesabına 2040-cı ilədək regionda gözlənilən tələbat tam olaraq yaşıl enerji ilə qarşılanacaq. Regionun hidroenerji potensialın səmərəli istifadə üçün yaxın dövr ərzində 23,1 MVt gücdə əlavə 6 KSES-in tikintisinə başlanılacaq”, - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri