Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Ölümdən sonra insanı nə gözləyir?

Ötən onilliklərin solmayan kinolentləri

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Qarabağ və Şərqi Zəngəzur: Şəhərsalmada tərəqqi nümunəsi

Qarabağ və Şərqi Zəngəzur: Şəhərsalmada tərəqqi nümunəsi

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azad ərazilərin bərpasında texnoloji innovasiyalardan geniş istifadə olunur

Azərbaycan dövləti torpaqlarımız erməni işğalından azad edildikdən sonra dərhal nəhəng bərpa və quruculuq işlərinə start verdi və ötən 5 ildən artıq müddətdə Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş iri nəqliyyat, rabitə, kommunikasiya, sosial infrastrukturlar yaradıldı, şəhər, qəsəbə və kəndlər salındı. Hazırda yeni mərhələyə daxil olan bu quruculuq tədbirləri  sayəsində Böyük Qayıdışın ən ümdə hədəfi olan minlərlə insanın öz doğma yurduna geridönüşü təmin edilməkdədir. 

İşğaldan azad edilmiş ərazilərin iqtisadi və inzibati reinteqrasiyasını sürətləndirmək məqsədilə ölkənin inzibati ərazi quruluşunda dəyişikliklər edilərək Mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu (ərazisi: 1660,83 kv.km) yaradıldı. Eyni zamanda Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər aparıldı, bəzi kəndlərin inzibati tabeliyi faktiki yerləşdikləri rayonlara uyğunlaşdırılıb.

Torpaqların işğaldan azad edilməsindən cəmi 2 il sonra ilk köç Zəngilanın Ağalı kəndinə baş tutdu. “Ağıllı kənd” konsepsiyasını özündə ehtiva edən bu yaşayış məntəqəsi ən son innovativ həllərdən istifadə olunmaqla ən yüksək səmərəlilik meyarları ilə inşa edildi. Kəndin enerji təminatının dayanıqlığının təmin edilməsi üçün Həkəri çayı üzərində hər biri 212 kVt olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed Turbini tipli su elektrik stansiyası inşat edilib. Əlavə olaraq, inzibati binaların üzərində qoyuluş gücü 325 kVt olan fotovoltaik günəş panelləri yerləşdirilib.

Yol-nəqliyyat, enerji-rabitə, kommunal infrastrukturlar... 

“Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 60 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Zəruri müdafiə strukturlarının yaradılması, təhlükəsizlik məqsədilə yeni hərbi infrastrukturların qurulması təmin edilib, Laçın dövlət sərhədinin buraxılış məntəqəsində “Laçın” gömrük postu qurulub. Zəruri kommunal və sosial infrastrukturların qurulması istiqamətində də xeyli iş görülüb. Ərazilərin elektrik enerjisi ilə təchizatı üçün cəmi 400 km-ə yaxın 110 kv-luq və 330 kv-luq elektrik verilişi xətləri çəkilib. Poçt və telekommunikasiya xidmətləri infrastrukturunun qurulması məqsədilə bir neçə yaşayış məntəqəsində, inzibati binada poçt xidmətləri yenidən təşkil edilib, 1 ədəd radio-televiziya yayımı stansiyasının fəaliyyəti təmin edilib. Mobil telekommunikasiya xidmətlərinin təşkili üzrə 11-dən çox yeni baza stansiyası quraşdırılıb.

Dövlət proqramı çərçivəsində zəruri yol-nəqliyyat infrastrukturların inşası da sürətlə davam etdirilməkdədir. Həmin nəhəng infrastrukturlardan biri - Zəngəzur dəhlizinin ən mühüm qovşaqlarından olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 85 faizə yaxını yerinə yetirilib. Eləcə də, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Ağdam şəhərinin daxili yollarının, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd,Toğanalı-Kəlbəcər-İstisu və Şuşa-Laçın avtomobil yollarının tikintisi davam etdirilib.

Ən hündür zirvədə hava limanı

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri sırasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. 2021-ci il oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı azad ərazilərdə inşa edilmiş ilk hava limanı kimi təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq, inteqrasiya və inkişaf simvoluna çevrilib. Hava limanı Zəfər Yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır. Torpaqlarımız işğaldan azad edildkdən cəmi bir il sonra istifadəyə verilən liman beynəlxalq status və IATA kodu (FZL) alıb. Füzuli aeroportu dünyada ən sürətlə tikilən hava limanlarından biri kimi tarixə düşüb.

2022-ci il oktyabrın 20-də açılışı edilən Şərqi Zəngəzurun hava qapısı hesab olunan Zəngilan Beynəlxalq Hava Limanı azad ərazilərdə ikinci nəhəng nəqliyyat infrastrukturu olmaqla, Şərqi Zəngəzurun mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Liman Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Cari il mayın 28-də istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı isə Azərbaycanın dəniz səviyyəsindən ən hündür zirvəsində yerləşən möhtəşəm nəqliyyat abidəsi sayıla bilər. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib.

Ən son innovativ yanaşmalar tətbiq olunur

Azad ərazilərdə inşa edilən yaşayış məntəqələri və inzibati binalar, sosial obyektlərdə isidilmə xərclərini və istixana qazlarının emissiyasını azaltmaq məqsədilə kombinə edilmiş istilik sistemi, odun və briket ilə işləyən mətbəx sobası və yüksək səmərəli elektrod boyler, digər tərəfdən suyun isidilməsi üçün yaşayış evlərinin üzərində günəş kollektorları quraşdırılır. “Ağıllı kənd”də evlərin xarici divarlarının tikintisində termobloklardan, tavan və döşəmələrin tikintisində xüsusi izolyasiya materiallarından istifadə edilib. İzolyasiyalı evlər sayəsində istilik itkisi və enerji istehlakı əhəmiyyətli dərəcədə azaldılıb.  Kəndlərdə yüksək sürətli GPON tipli internet şəbəkəsi mövcuddur. Bu texnologiya vasitəsilə sürətli internet, telefon və İP TV xidmətləri təmin edilir. Əlavə olaraq, ərazidə “ağıllı” videomüşahidə kameraları, LCD məlumat lövhələri, audio məlumatlandırıcı anons sistemi, Wi-Fi və avtomatik meteo müşahidə stansiyası olan çoxfunksiyalı işıq dirəkləri quraşdırılıb.

Ağalı kəndinə tətbiq edilən yanaşma faktiki olaraq digər yaşayış məntəqələrinin bərpası üçün etalon rolu oynayır. Şəhərlərin planlaması müasir texnologiyalar və urbanistik meyarlar nəzərə alınmaqla hazırlanır. Onlar “ağıllı şəhər”, “yaşıl enerji”, “ekoloji balans” və “təhlükəsizlik” prinsipləri əsasında qurulur. Şəhərlər yaşayış zonaları, sosial obyektlər və sənaye parkları ilə balanslaşdırılmış olacaq, enerji təchizatı alternativ və bərpaolunan mənbələrə əsaslanacaq, müasir idarəetmə və nəzarət sistemləri tətbiq ediləcək.

Şəhər və kəndlərin bərpası yüksək templə davam edir

Digər bir bölgədə - Füzuli şəhərində 2, 3 və 4 otaqlı olmaqla 846 mənzil istifadəyə verilib. Yaşayış binalarının birinci mərtəbələri qeyri-yaşayış obyektləridir ki, bu da müxtəlif təyinat üzrə sakinlərə icarəyə verilib. Şəhərdə marketlər, apteklər, dərzi, bərbər, geyim mağazaları, stomatoloji klinikalar, poçt, müxtəlif dövlət və özəl qurumların ofisləri fəaliyyət göstərir, 3 min 141 nəfərdən ibarət 824 ailə yaşayır.

Füzulidə tikinti və bərpa işləri şəhərlə yanaşı, kəndlərdə də davam edir. Hazırda Dövlətyarlı kəndində tikinti işləri aparılır. Kənddə 450 fərdi evin tikintisi nəzərdə tutulur. Həmçinin 360 şagird yerlik tam orta məktəb, 120 yerlik uşaq bağçası, həkim məntəqəsi, eləcə də inzibati və çoxfunksiyalı bina tikilir. Bununla yanaşı, məktəb və bağçalar üçün qazanxana sistemi, transformatorlar və digər mühəndis qurğuların da quraşdırılması nəzərdə tutulur. Rayonun Pirəhmədli kəndində isə şaquli planlama işləri başa çatdırılıb. Tikintiyə başlanılıb, birinci mərhələdə 255 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub.

İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Ağdam şəhərində beş məhəllə konsepsiyası üzrə tikinti işləri həyata keçirilir. Yaşayış binaları, məktəblər, körpələr evi, parklar və yollar inşa olunur. Rayonun Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinə əhalinin köçü təmin edilib. Hazırda Ağdam şəhəri ilə yanaşı, rayonun Baş Qərvənd və Eyvazxanbəyli kəndlərinin tikintisi həyata keçirilir. Bu gün Ağdamda dəmir yolu, avtovağzal kompleksi, yeni yaşayış massivləri, məktəblər, mehmanxanalar, su anbarları və enerji infrastrukturu ardıcıl şəkildə istifadəyə verilir. 2025-ci ilin oktyabrına qədər 825 ailə - 3318 nəfər doğma torpaqlarına qayıdıb.

İctimai obyektlərin bərpasına başlanılıb

Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbəsi, eyni zamanda, Sos kəndinə sakinlərin köçü reallaşıb. Burada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib, müxtəlif həcmlərdə su anbarları və içməli su şəbəkəsi təmir edilib. İctimai obyektlərin bərpası çərçivəsində isə market və restoran binası bərpa edilərək fəaliyyətə başlayıb. Həmçinin qaz və su şəbəkələri təmir edilib. Ümumilikdə isə Xocavənd rayonunda hazırda 59 ailə, 223 sakin yaşayır.

Zəngilan şəhərində və Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işləri yekunlaşmaq üzrədir. Cəbrayıl rayonunun Soltanlı, Qubadlı rayonunun Mahruzlu, Zilanlı, Zəngilan rayonunun Cahangirbəyli kəndlərində isə tikinti işləri davam etdirilir.

Hazırda keçmiş məcburi köçkünlər yenidən qurulan Zəngilan rayonunun Ağalı, Məmmədbəyli kəndlərində, Cəbrayıl şəhər 1-ci yaşayış kompleksində və Horovlu kəndində məskunlaşıblar. 2026-cı ilin sonunadək 87 yaşayış məntəqəsinin (12 şəhər, 5 qəsəbə, 70 kənd olmaqla) bərpası nəzərdə tutulur. Bu günə kimi görülən işlərin icra tempi və keyfiyyət göstəciləri yaxın gələcəkdə bütün Qarabağın və Şərqi Zəngəzurun müasir infrastruktura malik, investisiyalar üçün cəlbedici bölgələrə çevriləcəyini deməyə əsas verir.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see308

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see231

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see211

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see199

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see192

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see191

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see191

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see189

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see189

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see188

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see188

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see188

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see188

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see188

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see187

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see186

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see186

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see183

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see183

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri