Qarabağ və Şərqi Zəngəzurda 2 520 müraciət daxil oldu
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Bu ilin noyabrın 1-nə olan məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes fəaliyyəti ilə məşğul olmaq üçün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 2 520-dən çox müraciət daxil olub.
Bakupost.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusunda yayımlanan "İslahat icmalı"nda qeyd olunub.
Müraciət edənlərdən 503-ü xarici, 2 017-si yerli şəxslərdir. Müraciətlərin 1 479-u investisiya layihələri ilə bağlı olub, onların 4 %-i xarici, 96 %-i isə yerli investorlar tərəfindən təqdim edilib.
İnvestisiya layihələrinin 56 %-i ticarət və xidmət, 8 %-i tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət, 17 %-i sənaye, 19 %-i isə kənd təsərrüfatı sahələrini əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 08 Noyabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















