Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı AÇIQLANDI
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvarın 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 5 240, fərdi sahibkarların sayı isə 94 799 təşkil edib.
Bu barədə Redaktor.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Sözügedən tarixə Qarabağ iqtisadi rayonunda 3 984 mikro, 197 kiçik, 87 orta və 11 iri sahibkarlıq subyekti qeydə alınıb. Şərqi Zəngəzur iqtisadi rayonunda 882 mikro, 51 kiçik, 23 orta və 5 iri sahibkarlıq subyekti fəaliyyət göstərib.
Ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 88 505, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 6 294 olub.
2023-cü ildəki göstəricilərlə müqayisədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 492 ədəd və ya 10,4%, fərdi sahibkarların sayı isə 5 610 ədəd və ya 6,3% artıb.
Qeyd edək ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəriciləri əsasında müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 25 Yanvar 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















