Icma.az
close
up
RU
Qarabağ veteranı Müdafiə Nazirliyini məhkəmədə uddu, amma… NAZİRLİK QƏRARI YERİNƏ YETİRMƏMƏKDƏ İSRARLIDIR / FOTO

Qarabağ veteranı Müdafiə Nazirliyini məhkəmədə uddu, amma… NAZİRLİK QƏRARI YERİNƏ YETİRMƏMƏKDƏ İSRARLIDIR / FOTO

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Ağsu rayonu, Ləngəbiz kənd sakini Novruzov Şahin Şahı oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Hörmətli Nazir!

Hörmətli Səbinə xanım!

Mətbuat vasitəsi ilə Sizə müraciət edirək bildirirəm ki, mən Novruzov Şahin Şahı oğlu, Birinci Qarabağ Müharibəsinin iştirakçısıyam. 1992-ci ilin sentyabr ayında Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə yaralanmışam. Bir müddət hərbi hospitalda müalicə olunmuşam və sağaldıqdan sonra yenidən xidmət etdiyim hərbi hissəyə qayıtmışam.

1994-cü ilin yanvar ayının 21-də Murovdağ istiqamətində gedən döyüşlərdə ayaqlarımı don vurması nəticəsində 230 nömrəli hərbi hospitala göndərilmişəm. Hər iki ayağımın I və II dərəcəli don vurması nəticəsində uzun müddət müxtəlif hərbi hospitallarda və xəstəxanalarda müalicələr almışam və bu xəstəliklə bağlı ikinci qrup müharibə əlili olmuşam.

Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etsəm də, “müharibə veteran” adını ala bilmədiyim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya»ya müraciət etmişəm. Lakin nazirlikdən 06.12.2023-cü il tarixli imtina məktubu verilmişdir. Buna görə də mən iddiaçı qismində cavabdeh - Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Şəki İnibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “müharibə veteran” adı və müvafiq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdim.

Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 02 iyul 2024-cü il tarixli 2-1(116)-1347/2024 nömrəli qərarı ilə mənə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuş (cavabdehin apellyasiya və kassasiya şikayəti təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır) və icra edilməsi üçün 04 fevral 2025-ci il tarixdə qərarla birlikdə Müdafiə Nazirliyinə (Bakı şəhəri, Parlament prospekti 3) göndərilmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən göndərilmiş bu məktubda qeyd edilmişdir ki, 02 iyul 2024-cü il tarixli 2-1(116)-1347/2024 saylı qərarın icra edilməsi üçün 20 gün müddət müəyyən edilmişdir. Həmin müddət ərzində müvafiq tədbir görülməli və məhkəməyə məlumat verilməlidir. Qərar icra olunmadığı halda Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin tələblərinə uyğun olaraq 50.000 (əlli min) manat cərimə olunacaq.

Şəki İnzibati Məhkəməsi tərəfindən bu məktub Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə 04 fevral 2025-ci il tarixdə göndərilib. Artıq iki aydır ki, bu məktub Müdafiə Nazirliyinə göndərilsə də, dövlətin adından verilmiş qərarı qanunsuz olaraq icra edilmir. Bununla da Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının qanunları ilə qorunan hüquqlarım pozulur.

Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Bununla bağlı Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilib. Lakin Müdafiə Nazirliyi qərarı icra etmir. Bu necə ola bilər ki, dövlətin adından çıxarılmış qərarın icra edilməsi dövlət qurumu tərəfindən təmin edilməsin?!

Hörmətli Prezident!

Hörmətli Nazir!

Hörmətli Səbinə xanım!

Sizdən xahiş edirəm ki, mənim hüquqlarımın bərpa olunmasına və dövlətin adından çıxarılmış Şəki İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(116)-1347/2024 saylı qərarın icra edilməsinə köməklik edəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Aprel 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri