“Qarabağ” XXI əsrin ikinci göstəricisinə imza atıb
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
“Qarabağ” Azərbaycan çempionatlarında XXI əsrin ikinci göstəricisinə imza atıb.
Bakıvaxtı.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Misli Premyer Liqasının XXII turunun “Səbail”ə qarşı görüşündə 18 dəqiqəyə 5 qol vurub.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 76-cı dəqiqədə hesabı açıb və 90+3-cü dəqiqədə 5-ci dəfə fərqlənib.
Azərbaycan çempionatlarında 5 qolu ən qısa müddətdə vuran komanda isə “Rəvan” olub. 2012/2013 mövsümündə fərqlənən paytaxt klubu 2013-cü il martın 30-da “Turan”ın qapısına 14 dəqiqəyə 5 qol vurub. 6:2 hesablı səfər qələbəsi qazanan “Rəvan” 60-73-cü dəqiqələrdə buna imza atıb.
Həmin matçda Mindauqas Kalonas 60-cı, Xuan Manuel Varea 61, 68 və 72-ci, Miloş Adamoviç 73-cü dəqiqədə qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 12 Fevral 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















