Icma.az
close
up
RU
XXI əsrin dayanıqlı inkişaf məkanı Qarabağ

XXI əsrin dayanıqlı inkişaf məkanı Qarabağ

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb. Təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyük Qayıdış Dövlət Proqramını həyata keçirir. Azərbaycan Hökumət Komissiyasının qiymətləndirməsinə əsasən, hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə abadlıq-quruculuq işləri geniş vüsət alıb. "Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır". Bu fikir Prezident İlham Əliyevin 5-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" – "Rebuild Karabakh" sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, hazırda "Böyük Qayıdış" Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir: "Müasir şəhərsalma konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər, xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları yaradılır".

30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra Qarabağımız, Şərqi Zəngəzurumuz müasir dünyanın ahəngində qurulur, yeni həyat, nəfəs verilir. Əsrlərin yaddaşında özünə yuva qurmuş əzəli torpaqlarımız tarixi, daşı, qayası, mədəniyyət abidələri, dini ocaqları hər zaman möhtəşəmliyi ilə diqqətdə olmuş və qürurla səhifələdiyimiz daş abidələrdə öz əksini tapmışdır. Bu gün Zəfər qazanan bütöv və suverən Azərbaycan tarixin dönəmində inkişaf yolu keçmiş qeyd etdiyimiz məkanlarda böyük quruculuq-abadlıq işlərinə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə səfərləri və burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Böyük Qayıdışın yüksək səviyyədə reallaşmasına xidmət edən addımların miqyasının genişliyi diqqətdən kənarda qalmır. Qarabağın tacı Şuşada, Ağdamda, Laçında və digər ərazilərdə aparılan bərpa-quruculuq işlərinin vüsəti artır. Verilən göstərişlər vaxtında və yüksək səviyyədə yerinə yetirilir.

"KONSTİTUSİYAMIZIN QƏBULUNUN OTUZ İLLİYİNİ VƏ VƏTƏN MÜHARİBƏSİNDƏ QAZANDIĞIMIZ TARİXİ ZƏFƏRİN BEŞ İLLİYİNİ BÖYÜK QÜRUR HİSSİ İLƏ QEYD EDİRİK"

"Builki 5-ci "Rebuild Karabakh" sərgisi Azərbaycan Respublikasının dövlətçilik tarixində əlamətdar bir dövrə – suverenliyimizin və milli birliyimizin təcəssümü olan mühüm ildönümlərinə təsadüf edir", - deyən Azərbaycan Prezidenti bildirib ki, biz Konstitusiyamızın qəbulunun otuz illiyini və Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beş illiyini böyük qürur hissi ilə qeyd edirik: "Əldə etdiyimiz bütün bu nailiyyətlər xalqımızın sarsılmaz iradəsini, həmrəyliyini və strateji hədəflərə doğru irəliləmək əzmini təsdiq etməklə yanaşı, bizi həm də yeni bir missiya – Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi ətrafında səfərbər edir".

Bu gün Zəfər qazanan bütöv və suveren Azərbaycan tarixinin ən möhəşəm zamanını yaşayır. Vətən müharibəsindəki Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Müstəqillik tariximizə yeni səhifə yazan Qarabağ Zəfərimizin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz ərazi bütövlüyü, suverenliyi tam bərpa edildi. Məlumdur ki, həmin zamanda qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirilirdi. Qarabağa hərbi sursat və silah daşınması davam edir, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının aktivliyi artır, ərazi və yollar yenidən minalanırdı. Ermənistan tərəfinin təxribatları bununla da bitmirdi. 2023-cü il sentyabrın 2-də baş nazir Nikol Paşinyan qondarma "Dağlıq Qarabağın müstəqillik bəyannaməsi"nin "ildönümü" ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanlamışdı. Sentyabrın 9-da isə Azərbaycanın Qarabağ bölgəsində qondarma "prezident seçkiləri" keçirilmişdi. Beləliklə, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan üç il keçməsinə baxmayaraq, davam edən təxribatlar və terror aktları antiterror tədbirlərinin keçirilməsini labüd etmiş oldu. Həmin hadisədən öncə ermənilər Qarabağda, Azərbaycanla Ermənistanın şərti sərhədində müxtəlif təxribatlara əl atmışdılar. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə erməniləri əldə edilmiş razılaşmaları pozmamağa, məğlubiyyətləri ilə barışıb Azərbaycan Bayrağı altında, qanunlarımızın himayəsi ilə yaşamağı qəbul etməyə çağırmışdı. Əks təqdirdə isə "Dəmir yumruq yerindədir və əvvəlkindən də güclüdür" deyərək xəbərdar etmişdi. Bütün bunlara baxmayaraq, qeyd etdiyimiz kimi, iki il öncə sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər. Müzəffər Ordumuz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ermənilərə qarşı qisas əməliyyatları keçirmiş və düşmən layiqli cəzasını aldı. 24 saatdan az davam edən bu əməliyyat ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tör-töküntülərinə qarşı antiterror tədbirləri nəticəsində düşmənin atəş nöqtələri məhv edildi, mühüm yüksəklikləri işğaldan azad olundu, çoxlu sayda canlı qüvvəsi, silah və texnikası zərərsizləşdirildi. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Bu gün suveren dövlətimiz müxtəlif məzmunlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.

"BURADA QURULAN TƏRƏFDAŞLIQLAR İNSANLAR VƏ XALQLAR ARASINDA QARŞILIQLI ETİMADI MÖHKƏMLƏNDİRİR"

"Rebuild Karabakh" sərgisinin yerli və beynəlxalq iştirakçılar üçün əhəmiyyətinin ildən-ilə artmasının məmnunluq doğurduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti İlham Əliyev sərgidə müasir texnologiyalar və qabaqcıl innovativ həllərin təqdim olunduğunu bildirib: "Birgə layihələr və tərəfdaşlıq imkanları müzakirə edilir, regionun sosial-iqtisadi inkişafı üçün gələcəyə yönələn yeni fürsətlər yaradılır. Artıq beşinci dəfə keçirilən bu tədbir Azərbaycanın əldə etdiyi nailiyyətləri dünyaya nümayiş etdirməklə yanaşı, ölkəmizin qlobal miqyasda investisiya, texnologiya və innovasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir. Hər il keçirilən bu mötəbər sərgi davamlı quruculuğun, tərəqqinin və sülhün reallığını təcəssüm etdirən, eyni zamanda, gələcəyə istiqamətlənmiş önəmli tədbirdir. Burada qurulan tərəfdaşlıqlar insanlar və xalqlar arasında qarşılıqlı etimadı möhkəmləndirir, yeni əməkdaşlıq körpüləri yaradır və Qarabağı dayanıqlı inkişaf gündəliyinin mərkəzinə çevirir.

Əminəm ki, bu sərgi bütün iştirakçılar arasında tərəfdaşlıq münasibətlərinin qurulmasına, müasir inkişaf və investisiya təşəbbüslərinin müəyyən edilməsinə təkan verərək Qarabağın, eləcə də bütün regionun dirçəldilməsi baxımından bundan sonra da vacib rol oynayacaqdır".

BÖYÜK QAYIDIŞ - ƏZƏLİ SAKİNLƏR DOĞMA YURDDA

İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı infrastruktur layihələri icra olunur. Yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemləri yaradılır, iqtisadiyyat, təhsil, səhiyyə, ictimai xidmətlər, mədəni irsin bərpası və digər istiqamətlərdə mühüm layihələr həyata keçirilir. Qısa müddət keçməsinə baxmayaraq, qeyd olunan sahələrdə əhəmiyyətli nəticələr əldə edilib. Artıq bu ərazilər nəinki yerli, həmçinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir.

"Böyük Qayıdış" Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə köç karvanları davamlı olaraq yola salınır. Hazırda təkcə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 minə yaxın şəxs məskunlaşıb. Onların sırasında keçmiş məcburi köçkünlərlə yanaşı, dövlət və özəl qurumlarda çalışanlar, həmçinin onların ailə üzvləri də var. Plana əsasən, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun 11 kəndi və Ağdərə rayonunun 7 kəndində bərpa və təmir işləri aparılmaqla əhalinin köçü mərhələli şəkildə həyata keçirilir. Nəticədə, bu yaşayış məntəqələrində 6 minə yaxın keçmiş məcburi köçkünün məskunlaşdırılması nəzərdə tutulur. Eyni zamanda, bölgədə iqtisadiyyatın bərpası, məşğulluğun təmin edilməsi və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. İndiyədək işğaldan azad olunmuş ərazilərə investorlar tərəfindən 65 milyon manatdan çox investisiya qoyuluşu həyata keçirilib.

İşğaldan azad olunan ərazilərimiz özünün yeni inkişaf mərhələsini yaşayır. Qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi bu ərazilərin dirçəlməsinə və inkişafına xidmət göstərir.

Zümrüd BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:26
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see325

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see251

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see210

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see207

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see194

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see165

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see144

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see139

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see139

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see136

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see136

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see133

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see125

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see123

Millinin düşərgəsini Ukrayna ilə oyundan öncə tərk etdi

12 Oktyabr 2025 23:32see118

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see118

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri