Icma.az
close
up
RU
“Qarabağ” yatağı sualtı quyularla istismar ediləcək

“Qarabağ” yatağı sualtı quyularla istismar ediləcək

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” neft yatağı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Böyük Britaniyanın “British Petroleum” arasında əməkdaşlıqda yeni perspektivlər açır. Bu sahədə əməkdaşlığın təməli isə 2024-cü il sentyabrın 20-də qoyulub. Belə ki, “Əsrin müqaviləsi”nin 30-cu ildönümü günündə iki qurum arasında sözügedən hasilat və kəşfiyyat bloku üzrə anlaşma memorandumu imzalanıb.

“Qarabağ” layihəsində iştirak paylarının dəqiqləşdirilməsi ilə bağlı sövdələşməni rəsmiləşdirən saziş isə 2025-ci il iyunun əvvəllərində keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb. Sövdələşməyə əsasən ARDNŞ və bp layihə üzrə müvafiq olaraq 65 faiz və 35 faiz iştirak payı əldə ediblər. Layihənin operatoru funksiyası isə Britaniya şirkətinə həvalə olunub. Ümumilikdə isə, bu saziş Xəzərdə mövcud infrastrukturdan səmərəli şəkildə istifadə etməyə imkan yaradacaq yeni işlənmə variantlarını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Ötən müddətdə layihə üzrə planlaşdırılmış işlər qrafikə uyğun davam etdirilib. “bp-Azərbaycan” şirkətinin məlumatına əsasən, hazırda “Qarabağ” yatağında ilk addım olaraq dənizdibi sensor qovşaqlarla tədqiqat daxil olmaqla seysmik tədqiqat proqramı həyata keçirilir. Tədqiqatın yataq haqqında məlumatları artıracağı, quyuların planlaşdırılması işlərinə və yatağın işlənmə strategiyalarının optimallaşdırmasına kömək edəcəyi gözlənilir. Qeyd edək ki, dənizdibi sensor qovşaqlarla tədqiqat ötən ilin dekabrında başlayıb və təqribən 3 ay yarım davam edəcək.

Bundan əlavə, proqram çərçivəsində yüksək dəqiqlikli və ultra yüksək dəqiqlikli tədqiqatların da aparılması nəzərdə tutulur. Bunda da əsas məqsəd quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə yarada biləcək yeraltı təhlükələri müəyyənləşdirməkdir. Yüksək dəqiqlikli və ultra yüksək dəqiqlikli tədqiqatların cari ilin mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam edəcəyi gözlənilir.

“Qarabağ” yatağında seysmik tədqiqat proqramına aid ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin layihə variantı 2025-ci ilin oktyabr ayında ictimaiyyətə açıqlanıb və sənədin yekun variantı dekabrda dövlət tərəfindən təsdiqlənib. bp şirkəti layihə çərçivəsində işləri sürətləndirmək məqsədilə seysmik tədqiqatlarla paralel olaraq nefti və qazı çıxarmaq üçün lazım olan obyektlərin də layihələndirilməsinə başlayıb.

Yeri gəlmişkən, “Qarabağ” layihəsi bir sıra yenilikləri ilə diqqət çəkir. Belə ki, yatağın işlənməsi zamanı neft hasilatı platforma quraşdırılmadan həyata keçiriləcək. bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli ötən həftə mətbuat üçün keçirdiyi brifinqdə bildirib ki, “Qarabağ” yatağında hasilat sualtı quyular vasitəsilə aparılacaq. Onun sözlərinə görə, həmin quyulardan çıxarılan xam neft sualtı boru kəmərləri vasitəsilə “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda quraşdırılmış “Dərinsulu Günəşli” platformasına yönəldiləcək.

Layihə çərçivəsində tətbiq olunacaq digər yenilik isə xam neftin nəqli üçün tələb olunan sualtı infrastrukturla bağlıdır. Belə ki, əvvəlki layihələrdən fərqli olaraq sualtı kəmərlərin çəkilişi zamanı heç bir borudüzən gəmilərin xidmətindən istifadə olunmayacaq. Həmin borular quruda, sahildə bir-birinə qaynaq olunaraq sürüşdürmə üsulu ilə dənizə aparılacaq.

Eyni zamanda, hasilat prosesində zəruri olan bütün kabel xətləri, eləcə də digər yardımçı vasitələr də sahildə quraşdırılaraq sualtı boru kəmərləri ilə eyni anda bir dəst şəklində dənizə çatdırılacaq. Belə olan təqdirdə dənizdə heç bir qaynaq və montaj işlərinə ehtiyac qalmayacaq. Bu da işlərin daha tez və ucuz başa gəlməsinə imkan yaradacaq. Yeri gəlmişkən, indiyədək həmin texnologiya yalnız Şotlandiyada, Şimal dənizində tətbiq olunub. Azərbaycan, Xəzər dənizi isə belə bir yüksək texnologiyanın tətbiq edildiyi ikinci məkan olacaq.

Bu məqsədlə quruda, sahildə xüsusi obyekt də tikiləcək. Artıq layihə iştirakçıları tərəfindən həmin obyektin inşa olunacağı yer müəyyənləşdirilib. Bununla yanaşı, sözügedən obyekt üzrə sosial sahəyə təsirin qiymətləndirilməsi sənədi də hazırlanıb. Hazırda hökumətdən müvafiq icazələrin alınması istiqamətində danışıqlar aparılır. bp-nin regional prezidentinin sözlərinə görə, bu elə bir obyekt olacaq ki, ondan təkcə “Qarabağ” yatağının işlənməsi üçün yox, gələcəkdə digər layihələrin icrası zamanı da sualtı boru kəmərlərinin çəkilişində istifadə ediləcək.

Xatırladaq ki, “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib. 1984-cü ildə strukturun sahəsi dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan 120 kilometr şərqdə, “Günəşli” yatağından 20-25 kilometr məsafədə, suyun 150-200 metr dərinliyində yerləşir. Yatağın ilkin qiymətləndirilmiş geoloji neft ehtiyatları 60 milyon ton artıqdır.

1996-cı il fevralın 13-də xarici şirkətlərlə imzalanmış hasilatın pay bölgüsü sazişinə əsasən, buradan 25 il ərzində neft hasil ediləcəyi qərara alınıb. Həmin il iyunun 4-də layihə çərçivəsində nəzərdə tutulmuş işləri yerinə yetirmək məqsədilə Xəzər Beynəlxalq Əməliyyat Şirkəti yaradılıb. Şirkət tərəfindən burada 3 kəşfiyyat quyusu da qazılıb. Quyuların 2-si strukturun cənub-şərq hissəsində layların qazla doyumlu olduğunu təsdiqləyib. 1 quyu isə strukturun qərb hissəsində layların neft və qazla doyumlu olduğunu aşkara çıxarıb. Bununla belə, beynəlxalq şirkətlərdən ibarət olan konsorsium sonradan sahənin rentabelli olmadığı qənaətinə gələrək 1999-cu il yanvarın 26-da əməliyyatı dayandırdığını elan edib.

2018-ci ildə isə “SOCAR Qarabağ” və Norveçin “Equinor” şirkəti arasında yatağın işlənməsi üzrə risk xidməti sazişi imzalanıb. Sazişə əsasən şirkətlər layihədə bərabər pay əldə ediblər. Həmin il sənəd Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunub. 2019-cu il dekabrın 23-də yataqda ilk qiymətləndirmə quyusunun qazılmasına başlanılıb. ARDNŞ-nin CDC qazma şirkətinin “Dədə Qorqud” üzən qazma qurğusu vasitəsilə suyun 180 metr dərinliyində qazılmış quyudan əldə olunmuş ilkin nəticələr yataqda kəşf edilmiş neft və qaz həcmlərinin onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərli olduğunu təsdiqləyib. Bununla da “Qarabağ” ölkəmizin müstəqilliyi dövründə kəşf edilmış ilk neft yatağı kimi tarixə düşüb. Bununla belə, 2023-cü ilin sonlarında Norveç şirkətinin ölkəmizi tərk etməsi ilə əlaqədar layihə öz işini dayandırmalı olub.

Heç şübhəsiz, yenidən həyata vəsiqə almış “Qarabağ” neft layihəsi SOCAR və bp-nin birgə səyi nəticəsində uğurlu işlənmə mərhələsinə qədəm qoyacaq ki, bu da Xəzər regionunda yeni bir əməkdaşlıq nümunəsinin əsasını qoyacaq. “Qarabağ” yatağından ilk neftin isə 2029-cu ildə hasil olunacağı planlaşdırılır.

M.YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Mart 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri