“Qarabağ” yenidən lider oldu Misli Premyer Liqası
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib.
"Unikal" xəbər verir ki, “Qarabağ” “ASCO Arena”da “Səbail”lə qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Juninyo, Aleksey Kaşuk və Leandro Andrade vurublar.
Bu qələbə ilə xallarını 34-ə çatdıran Ağdam təmsilçisi yenidən liderliyi ələ keçirib. Bakı klubu isə 8 xalla 9-cu pillədə qalıb.
Günün digər matçı “Neftçi” və “Zirə” arasında oynanılacaq. “Neftçi Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, XIV turun açılış oyununda "Araz-Naxçıvan" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 24-də keçiriləcək 2 oyunla yekun vurulacaq.

