Icma.az
close
up
RU
Qarabağ zəfəri “Bayatı Araz”da

Qarabağ zəfəri “Bayatı Araz”da

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış nasir, AYB-nin üzvü Etibar Muradxanlının “Bayatı-Araz” kitabının təqdimatı keçirilib. Mərasimdə tanınmış aydınlar, ədəbiyyat və mədəniyyət xadimləri, Vətən müharibəsi iştirakçıları, media və QHT nümayəndələri, eləcə də oxucular iştirak ediblər.

AYB-nin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin rəhbəri Əsəd Cahangir  Etibar Muradxanlının yaradıcılığı barədə geniş məlumat verib, müəllifin Qarabağ mövzusunda qələmə aldığı əsərlərdən bəhs edib. Qeyd olunub ki, sənədlərə və faktlara əsaslanaraq yazılan roman əsgər və zabitlərimizin vətənpərvərlik ruhunu, qəhrəmanlıq salnaməsini əks etdirir. Əsərdə cəbhənin güney istiqamətində aparılan döyüş əməliyyatları, ordumuzun,  sərhəd qoşunlarımızın keçdiyi şərəfli döyüş yolu, eləcə də Ali Baş Komandanın sərkərdəlik məharəti dolğun şəkildə təsvir olunub.

Bildirilib ki, “Bayatı-Araz” müəllifin Qarabağ müharibəsinə həsr olunmuş silsilə əsərlərinin davamıdır. Etibar Muradxanlı bundan öncə “Siz müharibədəsiniz, leytenant”, “Tələbə taqımı” və “İlin beşinci fəsli” kimi əsərlərlə də bu mövzuya müraciət edib. Aparıcı Qarabağ müharibəsi şəhidi, müəllifin qardaşı oğlu, baş leytenant Əliqismət Yaqublunun şərəfli həyat yoluna da toxunub. Qeyd olunub ki, Etibar Muradxanlının ata-baba ocağından Vətən müharibəsində iştirak edən çoxsaylı oğullar olub. Bu baxımdan müəllif həm yazıçı kimi, həm də xalqımıza Zəfər qazandıran oğulların doğması olaraq müharibədən yazmağa və danışmağa mənəvi haqqı var.

Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, AYB katibləri – Elçin Hüseynbəyli və İlqar Fəhmi, Əməkdar jurnalist Nadir İsmayılov, eləcə də yazıçı və şairlər – Əli Rza Xələfli, Ağacəfər Həsənli, Arzu Nehrəmli, İlqar Türkoğlu, Ayaz Arabaçı, Qabil Nəbi, Qəni Camalzadə, Gəray Göyyurd, Güləmail Murad, Şəfəq Sahibli, Nüşabə Məmmədli və başqaları çıxış edərək müəllifin yaradıcılığını yüksək qiymətləndiriblər. Onlar Etibar Muradxanlının vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərin xüsusilə gənc nəslin tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.

Qazaxıstandan gəlmiş şair-tərcüməçi, DGTYB Məsləhət Şurasının üzvü Sayat Kamşıger də ürək sözlərini söyləyib  və Etibar Muradxanlıya qazax çapanı bağışlayıb.

Polkovnik Himayət Qubadov, əsərin canlı qəhrəmanları – gizir Mirzə Ağayev və Cavidan Şərifov da çıxış edərək döyüş xatirələrini bölüşüb, müəllifə təşəkkürlərini bildiriblər. Sonda Etibar Muradxanlı xoş sözlərə görə minnətdarlığını ifadə edib, oxucular üçün kitablarını imzalayıb. 

Qeyd edək ki, “Bayatı-Araz” sənədli romanı bu ilin fevralında “Apastrof-A” nəşriyyatında nəfis tərtibatla çap olunub.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri