Icma.az
close
up
RU
“Bayatı Araz” təqdim olundu

“Bayatı Araz” təqdim olundu

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

14 aprel 2026-cı ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış nasir, AYB-nin üzvü Etibar Muradxanlının “Bayatı-Araz” adlı kitabının təqdimatı keçirilib.

SİA xəbər verir ki, təqdimatda tanınmış aydınlar, ədəbiyyat və mədəniyyət xadimləri, Vətən müharibəsi iştirakçıları, media və QHT nümayəndələri, eləcə də oxucular iştirak edib.

İştirakçılar öncə Azərbaycan Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə sayğı duruşuna qalxıblar.

Təqdimat mərasiminin aparıcısı – AYB-nin Bədii tərcümə və Ədəbi əlaqələr mərkəzinin rəhbəri Əsəd Cahangir çıxış edərək Etibar Muradxanlının yaradıcılığı barədə geniş məlumat verib, müəllifin Qarabağ mövzusunda qələmə aldığı əsərlərdən bəhs edib.

Vurğulanıb ki, sənədlərə və faktlara əsaslanaraq yazılan roman əsgər və zabitlərimizin vətənpərvərlik ruhunu, qəhrəmanlıq salnaməsini əks etdirir. Əsərdə cəbhənin güney istiqamətində aparılan döyüş əməliyyatları, ordumuzun, özəlliklə sərhəd qoşunlarımızın keçdiyi şərəfli döyüş yolu, eləcə də Ali Baş Komandanın sərkərdəlik məharəti dolğun şəkildə təsvir olunub.

Bildirilib ki, “Bayatı-Araz” müəllifin Qarabağ müharibəsinə həsr olunmuş silsilə əsərlərinin davamıdır. Etibar Muradxanlı bundan öncə “Siz müharibədəsiniz, leytenant”, “Tələbə taqımı” və “İlin beşinci fəsli” kimi əsərlərlə də bu mövzuya müraciət edib.

Aparıcı çıxışında Qarabağ müharibəsi şəhidi, müəllifin qardaşı oğlu, baş leytenant Əliqismət Yaqublunun şərəfli həyat yoluna da toxunub. Qeyd olunub ki, Etibar Muradxanlının ata-baba ocağından Vətən müharibəsində iştirak edən çoxsaylı oğullar olub; bu baxımdan müəllif həm yazıçı kimi, həm də xalqımıza Zəfər qazandıran oğulların doğması olaraq müharibədən yazmağa və danışmağa mənəvi haqqa malikdir.

Tədbirdə Atatürk Mərkəzinin müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, AYB katibləri – Elçin Hüseynbəyli və İlqar Fəhmi, Əməkdar jurnalist Nadir İsmayılov, eləcə də yazıçı və şairlər – Əli Rza Xələfli, Ağacəfər Həsənli, Arzu Nehrəmli, İlqar Türkoğlu, Ayaz Arabaçı, Qabil Nəbi, Qəni Camalzadə, Gəray Göyyurd, Güləmail Murad, Şəfəq Sahibli, Nüşabə Məmmədli, alim tədqiqatçı Jalə Cəfərova və başqaları çıxış edərək müəllifin yaradıcılığını yüksək qiymətləndiriblər. Onlar Etibar Muradxanlının vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərin xüsusilə gənc nəslin tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.

Qazaxıstandan gəlmiş şair-tərcüməçi, DGTYB Məsləhət Şyrasının üzvü Sayat Kamşıger də ürək sözlərini bölüşüb və Etibar Muradxanlıya qazax çapanı bağışlayıb.

Tədbirdə iştirak edən hərbçilər – polkovnik Himayət Qubadov, əsərin canlı qəhrəmanları – gizir Mirzə Ağayev və Cavidan Şərifov da çıxış edərək döyüş xatirələrini bölüşüb, müəllifə təşəkkürlərini bildiriblər.

Sonda Etibar Muradxanlı tədbir iştirakçılarına minnətdarlığını ifadə edib, oxucular üçün kitablarını imzalayıb.

Təqdimat mərasimi yüksək ruh, səmimi mühit və ədəbi ovqatla yadda qalıb.

Sonda onu da vurğulayaq ki, “Bayatı-Araz” sənədli romanı bu ilin fevralında “Apastrof-A” nəşriyyatında 367 səhifə həcmində nəfis tərtibatla çapdan çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Aprel 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri