Icma.az
close
up
RU
Qarabağ zəfəri: müharibə və sülh problemi tarixin və ədəbiyyatın yaddaşında

Qarabağ zəfəri: müharibə və sülh problemi tarixin və ədəbiyyatın yaddaşında

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 6 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Qarabağ zəfəri: müharibə və sülh problemi tarixin və ədəbiyyatın yaddaşında” mövzusunda elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu məruzə edib.

Məruzəçi qeyd edib ki, bu gün Azərbaycan öz tarixinin yeni mərhələsini yaşayır. Qarabağ Zəfəri sadəcə bir ölkənin öz torpaqlarını azad etməsi olmadı, bu, böyük bir geosiyasi hadisəyə çevrildi və Azərbaycanın yeni qələbələri üçün cığır açdı: “Rusiya imperiyasının Cənubi Qafqaz üzərində 200 ildən artıq davam edən hegemonluğu demək olar ki, başa çatır. Siyasi tarixin bu qırılma nöqtəsi həm də yenidən formalaşan milli yaddaşımızın öz baxış bucağını dəyişməsini zəruri edir. Qarşıda öz taleyimizə sahib çıxmaq üçün yeni istiqamətlər, perspektivlər açılır. Bu perspektivləri ayrılıqda görmək üçün mütləq geriyə – tariximizə baxmaq, onu ədəbiyyatın, mədəniyyətin və milli yaddaşın işığında təhlil etmək bizim zəruri vəzifəmizdir”.

Dosent Rusiya imperiyasının həmin dövrdə apardığı mədəni silinmə siyasətindən də bəhs edib. O qeyd edib ki, alman yazıçı və tədqiqatçı Fridrix Bodenştedtin İrəvana səfəri ilə bağlı yazdığı qeydlərdə bu məsələdən söz açılır və ətraflı izah olunur.

Seminarın sonunda Filologiya fakültəsinin dekanı Elçin Məmmədov çıxış edərək iştirakçıları şanlı Zəfərin 5 ili münasibətilə təbrik edib, ədəbi, tarixi yaddaşa söykənən tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri