Icma.az
close
up
RU
Qarabağ zəfərinin etnoloji salnaməsi

Qarabağ zəfərinin etnoloji salnaməsi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutu Elmi Şurasının qərarı ilə tarix elmləri doktoru, professor Nərgiz Quliyevanın “Birinci və İkinci Qarabağ müharibələri: Azərbaycanın erməni işğalçıları üzərində qələbəsinə etnoloji baxış” adlı monoqrafiyası oxuculara təqdim olunub.

“Parlaq imzalar” nəşriyyatında işıq üzü görmüş kitab XX əsrin sonu–XXI əsrin əvvəllərində nankor qonşularımız olan erməni təcavüzkarlarının başlatdıqları Qarabağ münaqişəsinin bu torpağın əzəli sahiblərinə – Azərbaycan ailələrinə faciəvi təsiri mövzusuna həsr edilib. Həyasız hay işğalı və nankorcasına separatçılığın xalqımızın həyatına gətirdiyi müsibətlər bədii ədəbiyyat və dövri mətbuat materialları, informatorların məlumatları əsasında ətraflı tədqiq olunub. Monoqrafiyada həmçinin müharibə iştirakçılarının, Qarabağ şəhidlərinin valideynlərinin, şahidlərin verdiyi bilgilər əksini tapıb.

Giriş, 2 fəsil və nəticədən ibarət monoqrafiya Birinci Qarabağ müharibəsi və onun nəticələrinə dair ümumi və fərdi yanaşmaları, Vətən müharibəsi dövründə Azərbaycan ailələrinin maddi-mənəvi həyatında erməni təcavüzünün izlərini cəmləşdirib.

İlk fəsildə şəhidlik zirvəsinə ucalmış Vətən oğulları – həyatlarını itirsələr də, əbədiyyət qazanmış Milli Qəhrəmanlar Vəzir Orucov, Rafael Əsədov, Sərxan Ocaqverdiyev, Yunis Əliyev,.. misilsiz igidlik nümunələri göstərmiş şəhidlər Niyazi Aslanov, Raqif Həsənov, Əlimərdan Əliyev, döyüşlərdən salamat çıxmış Salman Quliyev, Nizami Mehdiyev,.. Qarabağdan xronika çəkən və reportajlar yazan jurnalistlər Çingiz Mustafayev, Kazımağa Kərimov, Səlahəddin Quliyev və başqalarının ömürlüklərinə nəzər salınıb, fədakar xidmətləri qeyd edilib. Təqdirəlayiqdir ki, kitabda Birinci Qarabağ müharibəsindən sonrakı atəşkəs dövründə canını Vətənə fəda etmiş igid Mübariz İbrahimov kimi şəhidlər də unudulmayıb.

İkinci fəsil məlum Aprel (2016) və Tovuz (iyul, 2020) döyüşlərinin icmalı ilə başlayır. Burada Milli Qəhrəmanlar Polad Həşimov, İlqar Mirzəyev və digər hərbi qulluqçular ətraflı xatırlanır. Ardınca isə İkinci Qarabağ – 44 günlük Vətən müharibəsinin başlanması, müxtəlif dövlətlərin Ermənistan–Azərbaycan müharibəsinə münasibəti, döyüşlərin gedişatı, eləcə də bir qrup qəhrəman – şəhid və qazilər haqqında məlumatlar toplanıb. Kitabda həmçinin Qarabağ müharibələrində erməni təcavüzünə qarşı mübarizəyə qoşulan qadınlar, momolit iqtidar–xalq–ordu birliyi xatırlanır, işğalçılıq savaşının vurduğu maddi-mənəvi ziyanlara hərtərəfli işıq tutulur.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri