Icma.az
close
up
RU
Qarabağ Zəfərinin MÖHÜRÜ

Qarabağ Zəfərinin MÖHÜRÜ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) üç gün geridə qaldı.

196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçdiyi bu tədbirə gələnlər arasında 80 prezident, vitse-prezident və baş nazir də var.
Üç gündür dünyanın diqqəti Bakıya yönəlib, obrazlı ifadə etsək, dünyanın nəbzi Bakıdan vurur. 2024-cü ilin ən səs-küylü tədbiri Azərbaycan paytaxtından yayımlanır... Üç gündür dünya Bakıdan danışır. Aparıcı media quruluşlarının xəbərlərində Bakının, Azərbaycanın adı çəkilir.
Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici dairələrin COP29-u boykot kampaniyası isə iflasa uğrayıb...
Bakı daha bir dünya miqyaslı tədbirə evsahibliyi etməklə təşkilatçılıq bacarığını ortaya qoydu. BMT-nin bu ali tədbirini yüksək səviyyədə təşkil edən Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmləndi...
Bu cür qlobal tədbirə evsahibliyi etmək sizə asan gəlməsin. Xüsusilə də ərazisinin 20 fazini yenicə işğaldan təmizləyən, Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-tikinti-quruculuq işləri aparan, geopolitik savaşın içində olan dövlət üçün...
Azərbaycan 30 il əvvəlki statusundan çox irəlidədir.
30 il öncə Qarabağ müharibəsini uduzmuş, 1 milyondan artıq qaçqın-köçkün problemilə üzləşmiş bir dövlət vardı, hansı ki haqq səsi beynəlxalq miqyasda eşidilmirdi... Daha doğrusu, bu səsi eşitmək istəmirdilər...
30 il əvvəl Azərbaycana məğlub, Ermənistana qalib dövlət statusunda baxırdılar...
30 il Azərbaycanla yüksək tonda danışılır, Ermənistanın xeyrinə güzəştlərə məcbur etmək istəyirdilər. 30 il bizə özlərinin yaratdığı "yeni reallıqlar"la hesablaşmağı məsləhət görürdülər.
30 il Azərbayacana “sülh danışıqları” çərçivəsində qəbul edə bilməyəcəyi şərtlər diqtə olunurdu.
Amma Azərbaycan səbrlə dözdü, heç bir təsir və təzyiq qarşısında geri çəkilmədi, qətiyyətli və prinsipial mövqeyindən dönmədi, özünün strateji və taktiki planlarıyla hərəkət etdi...  
İnkişaf yolunda irəlilədi, müstəqil siyasət yürütdü, dövlətçiliyini möhkəmlətdi, Ordusunu qurdu, iqtisadiyyatını gücləndirdi, diplomatiyada çətin qələbələr qazandı...
Bütün bünlar isə bəhrəsini verməyə bilməzdi... Azərbaycan tədricən dünyanın sayılıb-seçilən dövlətlər sırasına qoşuldu, ona etimad artdı... Sonra beynəlxalq tədbirlərə ev sahibliyi etdi... 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinə, 2015-ci ildə I Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, ardınca Formula 1 yarışına...
30 ildən sonra Azərbaycan öz statusunu dəyişdirdi... Məğlub dövlətdən qalib dövlətə... Ərazi bütövlyünü, dövlət suverenliyini bərqərar etdi, separatçılığa son qoydu... 200 il ildən bəri davam edən “erməni problemi”ni kökündən həll etdi. 
30 ildən sonra Azərbaycan həmişəlik Qarabağa, Şərqi Zəngəzura qayıtdı... Zəngilanda “ağıllı kənd” salındı, Şuşada azan səsi eşidildi, Füzulidə beynəlxalq aeroport tikildi, Xocalı bərpa edildi, Xankəndidə Azərbaycan Bayrağı qaldırıldı, Cəbrayıla köç oldu, Laçın MDB-nin mədəniyyət paytaxtı elan edildi, Kəlbəcərdə “İstisu” zavodu açıldı, Ağdamda məscid bərpa olundu, Qubadlıda, Xocavənddə, Ağdərədə yenidənqurma başlandı...
44 günlük müharibədəki Qələbədən sonra dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar da Azərbaycanla birmənalı olaraq hesablaşır, Bakının rəyləri nəzərə alınır.
30 ildən sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Azərbaycanın yaratdığı bu reallıqları dünyanın əsas güc mərkəzləri də qəbul edir. 
İndi Azərbaycan strateji layihələrin açar dövləti statusundadır...
200 ölkənin yekdil qərarı ilə COP29 kimi böyük və mötəbər konfransa ev sahibliyi də Bakıya etibar edilib... Bununla həm də Qarabağda qazanılan qələbəyə möhür vurulub desək, yəqin ki səhv etmərik...
İndi Azərbaycanın beynəlxalq geosiyasi müstəvidə oynadığı rol dünyanın diqqətini çəkir və bu danılmaz gerçəklikdir...
30 ildən sonra Azərbaycan beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri sala biləcək dövlət statusuna gəlib...
Bu günü biz 30 ildən çox gözləmişdik. Əmin idik və inanırdıq ki, Azərbaycan üçün bu gün gələcək...
Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see276

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see243

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see241

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see230

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see225

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see222

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see218

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see210

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see207

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see205

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see202

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see199

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see199

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see198

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see195

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see195

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see169

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri